Xəbər lenti

 

Arıqlamaq üçün aylardır dəridən –qabıqdan çıxırsız, az yeyirsiz, çox qaçırsız, amma çəki azalmır ki, azalmır. 100 qram azalanda sevinənlərdənsinizsə, o zaman bu materialı sizin üçün hazırladıq.
Medicina.az artıq kalorilərin harda gizləndiyini və niyə pəhrizə tabe olmadığının səbəblərini açıqlayır:
1.Arıqlamaq üçün dərhal idmana, məşqlərə başlayırsız
İş ondadır ki, idmana başladıqda iştah artır, bədən itirdiyi enerji, kalorini tez bərpa etmək istəyir və yemək tələb edir. 
Ona görə itirdiyiniz kaloridən artıq qida ilə enerji yığırsız. Hətta az yesəniz də, idmanla itirdiyiniz kalori elə qidanızla yenidən bərpa olur. İlk başdan idmanla arıqlamağa qərar verməyin, birinci qidanızı korrektə edin
2.Siz səhərinizi şirniyyatla açırsız
Səhər yeməyinə şirin qidanın olması o deməkdir ki, bütün gün ərzində ac qalsanız da, sağlam qidalansanız da, faydası olmayacaq. Arıqlamaq istəyən səhər zülal tərkibli qidalar yeməlidir. 
3.Ac qalırsız, aclıq güc gəlsə də yemirsiz
Bu zaman orqanizm ehtiyat kalori yığmağa başlayacaq. Elə hesab edəcək ki, dünyada aclıq başlayıb və bu insan acından öləcək. Ona görə aclıq hissi gələndə mütləq nəsə bir şey atışdırıb orqanizmi aldadın.
4.Stress hormonu yüksəkdir
Siz əsəb, sinir sisteminizi unudursuz. Əgər bir insan psixoloji gərgin, ağır stresdədirsə, idman da, pəhriz də boşunadır. Çünki kortizol adlı stress hormonu hətta arıq insanın da qarın, bel hissəsində piy toplayır və kökəldir. Əgər ayaq, çiyin, üz arıq qalıb, yalnız qarın hissəsi piylənirsə, deməli stress öz işini görür. Ona görə arıqlamaq üçün sakitləşdirici müalicə də alıb, əsəbləri qaydaya salmaq lazımdır
 
5.Alkoqoldan imtina etmirsiz
Bu daha çox kişilərə aiddir: məşq, idman, dieta, masaj hər şey edir, amma içkini unutmur. Pivə, araq, çaxır – bunlar 150-200 kkaloridir. Üstündən də yüngül yemək – pəhriz hədər olur.
Arıqlamaq istəyən kişilər alkoqolsuz içkilər içməlidir
 
6.Televizor və telefon qarşısında yeyirsiz
Belə yemək beyində doyma mərkəzini aldadır. Siz doyma siqnalı almırsız və elə hey yeyirsiz. Hətta sonradan nə yediyinizi də biımirsiz. Dieta saxlayanlar mütləq telefonsuz masaya əyləşməlidir
7.Siz normal yatmırsız
Yuxu problemi olan, axşam 23:00-dan sonra yatmayan insanda kkalorilər gec yanır, orqanizm yorulur, enerji qıtlığı yaranır, buna görə bədən yemək tələb edir. 
Maddələr mübadiləsi və hormonlar düz işləmir. Yuxusuzluqdan əziyyət çəkənlər özünü boşuna pəhrizlə yormasın
 



Ana səhifəyə qayıt        Baxış: 49          Tarix: 19-08-2019, 15:47      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent