Xəbər lenti

 

Hacı İlqar İbrahimoğlu: “İnsanın bir Həcc mərasimində 3 dəfə 7 daş ataraq şeytanı lənətləməsi, əslində öz içində şeytani əməlləri lənətləməsidir”

Həcc mərasimində müsəlmanların yerinə yetirdiyi ayinlərdən biri də şeytana daş atmaqdır. Həmin gün Məkkədə olan milyonlarla insan şeytanı daşlayaraq, Həcc mərasiminin vacib ritualı olan bu əməli yerinə yetirmiş olur. Lakin şeytanın daşlanması mərasimi bəzən insanlar tərəfindən kinayə ilə qarşılanır, tənqid olunur, mahiyyətinin nə olduğu sual edilir. Bu səbəbdən hazırda sosial şəbəkələrin də müzakirə etdiyi şeytana daş atma əməlinin tarixi və mahiyyətini izah etməyə çalışacağıq.

Mövzu ilə bağlı  “Yeni Müsavat”a danışan ilahiyyatçı-filosof  Hacı İlqar İbrahimoğlu  bildirdi ki, hazırda Həcc mövsümü yekunlaşmaq üzrədir, istər ölkə, istərsə də dünya mediasında həm Həcc ilə bağlı maarifçilik işləri gedir, həm bu haqda  suallar yaranır. Sosial mediada müzakirələrin aparılması normal haldır. Burada sovet dövründən sonrakı mərhələnin də öz təsirləri var ki, insanların öz dini və inancı ilə bağlı tanışlığı azdır. Həm də indi dünyada dinlə bağlı nihilistik bir mövqe, inkarçılıq trendə çevrilib ki, bəziləri bu trendə uyğun davranmağa çalışırlar. Bəziləri də səmimi olaraq Həcc əməllərinin fəlsəfəsini anlamaq istəyirlər, ona görə də biz bu maarifçilik işini aparmalıyıq". 

Hacı Ä°lqar Ä°brahimoÄlu: ile ilgili görsel sonucu

İ.İbrahimoğlu vurğuladı ki, Həcc mövsümündə şeytana daş atmaq Həzrəti İbrahim peyğəmbərin (ə) zamanından başlayan bir əməldir, İslama qədər də yaşayıb və gəlib çatıb: “Quran  təfsiri ilə bağlı mötəbər mənbələrdə də şeytana daş atma əməlinin izahında bildirilir ki, Allah-Təala İbrahim peyğəmbərin (ə) daha yüksək mənəvi təkamülə yiyələnməsi üçün onu imtahana çəkir və övladı İsmayılı qurban verməsini istəyir. Bu zaman lənətlik şeytan bir neçə dəfə İbrahim peyğəmbəri (ə) vəsvəsə etməyə, onu ixlasla, Allahın razılığı yollunda bu addımı atmaqdan daşındırmaq istəyir. İbrahim (ə) şeytanın bu vəsvəsələrini, bu yayındırmalarını kənarlaşdırmaq üçün  3 dəfə daş atır. Birinci dəfə 7 daş atır, sonra yenidən şeytan vəsvəsə edir, ikinci dəfə də 7 daş atır. Sonuncu  dəfə də 7 daş ataraq İblisi lənətləyir, məyus edir”. 

Bu əməlin nəyi simvolizə etməsinə gəlincə, ilahiyyatçı bildirdi ki, insanın gerçək şeytanı lənətləməsi, əslində öz daxilində şeytani əməllərə daş atmasıdır: “İnsanın bir Həcc mərasimində 3 dəfə 7 daş ataraq şeytanı lənətləməsi, əslində öz içində şeytani əməlləri lənətləməsidir. Həcc əməli əslində bir kamil insan yetişdirmə müstəvisində olan vacib ilahi əməldir. Həqiqi Hacı odur ki, insan bütün şərtlər çərçivəsində Həccə yola düşür və orada Həzrəti İbrahimin (ə)  keçdiyi mənəvi təkamül prosesinin sinxronlaşaraq İslamın ali bir formasında, Həzrəti Peyğəmbərimizin, Əhli-beyt (ə.s.) təqdim etdiyi irfani ruhiyyə ilə başa vurub öz evinə dönüb,  əməli olaraq bu yaşayış davam etdirməsidir. Həqiqi Hacı odur ki, həyatının bütün mərhələlərində Allahın razılığını axtarır, Allahın bəyəndiyi kimi yaşamağa can atır. Allah həqiqi hacıların Həcc ziyarətini qəbul etsin. Hər bir ritualın, mənəvi davranışın  zahiri və batini var. Həcdəki bu əməlin zahiri tərəfi insanın 3 dəfə və hər dəfəsində 7 daş atmasıdırsa, batini ilə insanın öz daxilində bunu həyata keçirməsidir. Diqqətli olmalıyıq ki, şeytanın vəsvəsələri bir  dəfə ilə bitmir. Biz davamlı olaraq lənətlik şeytanın vəsvəsələri qarşısında dik durmalıyıq”.




Ana səhifəyə qayıt        Baxış: 413          Tarix: 20-08-2019, 12:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma