Xəbər lenti

 

Rusiya ABŞ-la qarşıdurma çərçivəsində nüvə arsenalını genişləndirir.

Publika.az xəbər verir ki, bu haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) başçısı Mark Esper “Fox News” telekanalına müsahibəsində bildirib.

O bildirib ki, Strateji hücum silahlarının (SNV-3) azaldılması və məhdudlaşdırılması üzrə Müqavilənin uzadılması zamanı Moskvanın hazırladığı bütün yeni silahları nəzərə almaq lazımdır.

“İndi Rusiyada, ehtimal ki, Avropaya tuşlanmış nüvə döyüş başlıqlı qanadlı raketlər var. Bu, pisdir”, - o deyib.

Xatırladaq ki, avqustun 8-də Rusiyanın Sverdlovsk vilayətində hərbi poliqonda partlayış olub. Hadisə nəticəsində Müdafiə Nazirliyinin 2 əməkdaşı, “Rosatom”un isə 5 mütəxəssisi həlak olub. Vaşinqton partlayışdan sonra SNV-3 müqaviləsinin uzadılmasının məqsədəuyğunluğu haqqında bəyanat verib. ABŞ-da hesab edirlər ki, hadisə nüvə mühərrikli hipersəsli qanadlı raketin sınaqları zamanı baş verib. Ancaq ABŞ partlayışın radioaktiv xarakterini hələ birmənalı təsdiq edə bilmirlər.

Lakin Rusiyada yayılan məlumata görə, qəzadan sonra ətraf yaşayış məntəqələrində qamma şüalanmasının dozası 4-16 dəfə artıb.

Xatırladaq ki, SNV-3 2010-cu ildə Rusiya və ABŞ-ın ovaxtkı prezidentləri - Dmitri Medvedev və Barak Obama tərəfindən imzalanıb. Müaavilə 2011-ci ilin fevralın 5-də qüvvəyə minib və müddəti 10 il təşkil edir. Sənədə əsasən, Rusiya və Amerika Birləşmiş Ştatları 7 il müddətində, yəni, 2018-ci il fevralın 5-nə kimi qitələrarası ballistik raketlərin (QBR), sualtı qayıqlardakı ballistik raketlərın (SBR) və ağır bombardmançı təyyarələrin ümumi sayının 700, döyüş başlıqlarının 1550, səfərbər olunan və olunmayan atıcı qurğuların ümümi sayının 800-dən çox olmayacaq rəqəmə qədər azaltmaq barədə razılığa gəlmişdilər.




Ana səhifəyə qayıt        Baxış: 429          Tarix: 22-08-2019, 11:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma