Xəbər lenti
Dünən, 21:04
Dünən, 17:11

 

GünAz TV: Sosial şəbəkələrdə Məşhədə ziyarətə gələn 50 yaşlı iraqlı qadının hava limanında İran polisi tərəfindən döyülməsini əks etdirən video yayınlanıb.

 

İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əl-Səhhaf məsələyə bildirdiyi münasibətin faktla bağlı məlumatlı olduqlarını və tam ciddiyyətlə qadının döyülməsini araşdıracaqlarını deyib.

 

“Biz İraqa daxil olan bütün ölkə vətəndaşları ilə ehtiramla davranırıq və qarşılığında da digər ölkələrə gedən və ya orada yaşayan iraqlılara qarşı eyni münasibəti gözləyirik”- deyə sözçü əlavə edib.

 

Qeyd etmək lazımdır ki, yayılan videoda 50 yaşlı qadın avqustun 18-i, axşam saat 20:30 radələrində, Məşhəd hava limanında kiçik leytenant rütbəli İran polisi tərəfindən döyüldüyünü deyir. Onun üzündə vurulmuş zərbələrdən yaranmış şiş və göyərtilər açıq-aydın görünür.

 

 

Yayılan video iraqlıların kəskin qəzəbinə səbəb olub. Onlar Xarici İşlər və Baş Nazirliklərdən İrana kəskin reaksiya verməyi və qadını döyən polis əməkdaşının İraq xalqından üzr istəməklə, cəzalandırılmasını tələb etməyi istəyiblər.

 

Xatırladaq ki, İran polisi yerli vətəndaşlarla da qeyri-insani rəftarına görə məşhurdur. Tez-tez polisin qadınlar da daxil olmaqla, ölkənin müxtəlif bölgələrində vətəndaşları döyməsiylə bağlı görüntülər yayılır.

 

Bu xüsusda yayılmış ən son görüntüdə 2 polis Tehranın "Polis parkı"nda gənc bir qızı döyməsi əks olunurdu. İyun ayında çəkilmiş videodan sonra Tehranın polis rəisi həmin polis əməkdaşlarının cəzalandırılacağını desə də, bunun tam əksi baş vermişdi. Belə ki, bir neçə gün bundan öncə aparılan araşdırmaların nəticəsində həmin 2 polis əməkdaşına “xidmətdə fərqləndiklərinə görə” təşəkkürnamə və diplom təqdim edilmişdi.

 

Ə.A




Ana səhifəyə qayıt        Baxış: 92          Tarix: 24-08-2019, 06:28      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent