Xəbər lenti

 

ABŞ prezidenti Donald Tramp Fransanın Biarriç şəhərində bu gün başlayacaq G7 sammitində iştiraka vaxt itkisi ilə bağlı tərəddüd edib.

"Report"un məlumatına görə, bu barədə CNN telekanalı bildirib.

Qeyd edilir ki, Donald Tramp sammitin məhsuldar olub-olmaması ilə bağlı şübhələnir. 

Bu gün Fransanın Biarriç şəhərində "Böyük yeddilər"in (G7) sammiti işə başlayacaq. Dövlət və hökumət başçıları qeyri-rəsmi formada onları ən çox maraqlandıran problemlərin müzakirəsinə başlayacaqlar. Bazar günü isə sammit tam formatdə işə başlayacaq.




Ana səhifəyə qayıt        Baxış: 240          Tarix: 24-08-2019, 07:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma