Xəbər lenti

 

 Tərkibindəki protein ilə saç dərisini və köklərini qidalandıraraq daha sağlam uzanmasına və uclardakı qırıqların azalmasına kömək edir. Zədələnmiş və solğun görünən saçların görünüşünü yaxşılaşdırır. Qopub tökülmələri azaldır və kəpək kimi saç dərisində yaranmış problemlərin nəticəsi olaraq ortaya çıxan problemlərdə istifadə olunur.
 
Digər təbii yağlar kimi kokos yağını da birbaşa saç dərisinə çəkərək, masaj edə bilərsiniz. Başqa bir yağ ilə qarışdırmağa ehtiyac yoxdur. Ancaq qoxusunun daha gözəl olmasını istəyirsinizsə, lavanda və ya rozmarin yağı qata bilərsiniz.
 
Yağı saçlarınızı şampunlamadan istifadə edə bilərsiniz. Məsləhət görülən istifadə miqdarı həftədə bir dəfədir. Əgər saçlarınız çox zədələnibsə, həftədə iki dəfə istifadə edə bilərsiniz. İstifadə etdikdən sonra saç dərisinin yaxşıca təmizlənməsi vacibdir. Çünki vaxt keçdikcə saç köklərinin çıxdığı məsamələrdə yığılaraq köklərin zərər görməsinə səbəb ola bilər.



Ana səhifəyə qayıt        Baxış: 278          Tarix: 24-08-2019, 17:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma