Xəbər lenti

 

Bugatti-nin yeni çempionu 3 milyon dollar dəyəri olan Chiron-dur ki, sadə formasında saatda 420 kilometr sürətə malikdir və 3 saniyədə 0-dan 100 kilometrədək sürət yığa bilir.

Son əlavələrlə dizayn edilmiş variant Chiron Super Sport adlanır.

Chirondan əlavə 70 km/s sıxmaq üçün mühəndislər bir sıra modifikasiyalar ediblər.

Onlar maşına hava təzyiqini azaltmaq üçün onun arxasını 25 santimetr uzadıblar. Aerodinaminkanı təkmilləşdirmək üçün üst-üstə qoyulmuş iki əlavə səsboğucu yerləşdirilib.

Avtomobilin at gücü 1479-dan 1578-ə yüksəldilib.

Lakin ən inqilabi dəyişiklik təkərlərdə aparılıb.

Sürət müəyyən nöqtəyə çatdıqda rezin təkərlər asfaltı tutmur.

Saatda 490 kilometrə çatmaq üçün tələb olunur ki, təkər 5,300 G qüvvəsinə tab gətirməli, saniyədə 68 dəfə hərlənməlidir.

Odur ki, Michelin təkərləri polad qayışlarla bərkidilmiş xüsusi rezindən hazırlayıb.

Test zamanı təkərlər 510 kilometri ötdükdən sonra mühəndislər hər bir təkəri rentgendən keçirərək maşına yerləşdiriblər.




Ana səhifəyə qayıt        Baxış: 388          Tarix: 5-09-2019, 15:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma