Xəbər lenti

 

Qaraciyərin əsas düşmənlərdən biri spirtli içkilərdir. Alimlər sübut edib ki, qaraciyər üçün spirtli içkilərin "ziyansız” miqdarı yoxdur və belə içkilərin hətta 1 qurtumu qaraciyərə dağıdıcı təsir edir.
Lakin bəzi adi, tez-tez qəbul etdiyimiz qida, içki və dərmanlar da qaraciyərə çox ciddi ziyan vura bilir.
1. Şirniyyatlar
Saglamolun.az bildirir ki, şirniyyatlar artıq çəki və piylənməyə səbəb olur, damarlarda iltihab yaradır. Bundan əlavə şirniyyatların çoxlu miqdarda istehlakı qaraciyərin piylənməsinə səbəb olur. Qaraciyərin piylənməsi isə öz növbəsində sirroz və xərçəngin riskini xeyli artırır.
2. Vitaminlərin nəzarətsiz qəbulu
Bütün digər dərman preparatları kimi vitaminlər də yalnız həkim tərəfindən təyin olunmalıdır. Bəzi vitaminlərin orqanizmdə artıqlığı bu vitaminlərin defisitindən daha ziyanlıdır. Belə ki, A vitamininin orqanizmdə artıqlığı qaraciyərin çox ağır zədələnməsinə səbəb olur.
3. Parasetamolun nəzarətsiz qəbulu
Parasetamol bütün dünyada ən çox qəbul olunan dərmanlardan biridir. Bir çox insanlar bu dərmanı ağrıkəsici kimi istənilən ağrılar zamanı (baş, diş və s.) tez-tez istifadə edirlər. Lakin həkimlər xəbərdarlıq edir ki, parasetamoldan tez-tez və yüksək dozalarda istifadə qaraciyərə çox ciddi ziyan vurur.
4. Meyvə şirələri
Meyvə şirələri (xüsusilə şirin meyvələrdən hazırlanmış) fruktoza ilə zəngindir. Bu maddə qaraciyərdə piyin yığılmasını sürətləndirir. Ümumiyyətlə mütəxəssislər meyvə şirələrini insan sağlamlığı üçün faydalı hesab etmir və meyvələri yalnız təzə halda yeməyi tövsiyə edirlər.
Təzə meyvələr fruktozadan əlavə qidalı liflərlə də zəngindir ki, bu liflər fruktozanın orqanizm tərəfindən mənimsənilməsini xeyli ləngidir. Bundan əlavə 1 stəkan şirə hazırlamaq üçün çox meyvə istifadə olunur. Təzə meyvə yeyəndə isə insan onlardan daha az yeyir.    
5. Şirin, qazlı içkilər, enerji içkiləri
Fruktoza ilə zəngin olan bu içkilərin çoxlu miqdarda istehlakı piylərin qaraciyərdə yığılmasına səbəb olur.



Ana səhifəyə qayıt        Baxış: 63          Tarix: 18-09-2019, 10:29      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent