Xəbər lenti

Tanınmış alim, Xəzər Universitetinin department rəhbəri Vurğun Əyyub dünyasını dəyişib.
Bu barədə Ümid Partiyasının sədri İqbal Ağazadə məlumat yayıb.
Qeyd edək ki, Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub.
1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olub. 1977–1984-ci illərdə Sabirabad və Tovuz rayonlarında müəllim, 1985–1993–cü illərdə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetdə işləyib. 1988-ci ildən filologiya elmləri namizədidir.
1986-cı ildə Azərbaycanda yaradılmış ilk qeyri-hökumət təşkilatı “Çənlibel” elmi-ədəbi birliyinin yaradıcılarından biri və sədri olub. Azərbaycan milli-azadlıq hərəkatının təşkilatçılarından, AXC-nin təşəbbüskarlarından və AXC Məclisinin və İdarə Heyətinin üzvü olub. 1992-1993-cü illərdə Vurğun Əyyub Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərlik edib.
Bir müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən V.Əyyubun vəziyyəti ötən gün ağırlaşmışdı.//Axar




Ana səhifəyə qayıt        Baxış: 447          Tarix: 23-09-2019, 10:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma