Xəbər lenti

 

Qara çay və onun faydaları uzun illərdir ki, mütəxəssislər tərəfindən sübut olunub. Qara çay dəri baxımı və hətta saç baxımında da istifadə edilir.
Müasir qadınlar gözəlliyini və gəncliyini təbii vasitələrin və bitkilərin köməyilə qoruyub saxlamağa çalışır. Qara çay hər kəsin evində olduğu üçün bu baxımdan çox əlverişlidir.
Qara çay pilinqi dərini ölü hüceyrələrdən təmizləyir, çirklə dolmuş məsamələri təmizləyir və dərinin yenilənməsinə yardım edir.
Pilinq etmək üçün bahalı gözəllik mərkəzinə getmək məcburiyyətində deyilsiniz. Evdə olan ərzaqlardan dərinizə uyğun olanı seçib istifadə edərək pilinqi özünüz də hazırlaya bilərsiniz.
Qara çay B2 vitamini, C və E vitamini, maqnezium, kalium, sink və kofein ehtiva etdiyi üçün dəri ağardıcı təsirə malikdir. Bir sözlə, bu pilinqi tətbiq etməklə qara nöqtə, sızanaq və dəri ləkələrindən qurtulub, yenidən parlaq və sağlam bir dəriyə qovuşacaqsınız.
Qara çay maskası üçün lazımi ərzaqlar:
1 yemək qaşığı qara çay,
1/4 stəkan qaynar su,
1 xörək qaşığı bal
1 çay qaşığı limon suyu
Hazırlanması:
Əvvəl isti suyu çayın üzərinə tökün və 2-3 dəqiqə dəm almasını gözləyin.  Sonra suyunu başqa bir qaba tökün. Çay dənələrinin içinə balı və limonu əlavə edin və qarışdırın.
Bir az duru olduğu üçün, üzünüzə tətbiq etməzdən əvvəl diqqətli olun. Gözləri çıxmaq şərtilə bütün üzə çəkin. Kənarda qalmış çay suyunu gözlərə kompres etmək olar. Bununla həm göz ətrafındakı dərini yeniləyəcəksiniz, həm də göz ətrafı şişləri aradan qaldırmış olacaqsınız. Üzdə 5 dəqiqə saxladıqdan sonra dairəvi hərəkətlərlə masaj edərək maskanı təmizləməyə başlayın və ilıq su ilə yuyun. Üzünüzü yuduqdan sonra nəmləndirici krem çəkməyi də unutmayın.



Ana səhifəyə qayıt        Baxış: 42          Tarix: 23-09-2019, 10:37      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent