Xəbər lenti

 

Xəbər verdiyimiz kimi bir müddət öncə Daxili İşlər Nazirliyi tərəfindən leş ətlərinin satışıyla məşğul olan şəbəkənin fəaliyyəti ifşa edildi. Məlum oldu ki, bu dəstəyə başçılıq edən “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanovdur. Ekspertlər isə bu hadisəyə ilahiyyatçıların münasibət bildirməməsindən gileylənirlər. 
Məsələyə münasibət bildirən ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Əkrəm Həsənov Moderator.az-a açıqlamasında bununla bağlı ona heç kimin sual vermədiyini dedi:
“Doğrusu bu məsələylə bağlı məndən heç nə soruşmayıblar. Biz ilahiyyatçılar onu deyə bilərik ki, ölmüş heyvanın əti şəriət baxımından haram sayılır və onu yemək olmaz. Qaldı ki, bunun satışıyla məşğul olan şəxs də haram yolla pul qazanır və onu dövlətin qanunları çərçivəsində məsuliyyətə cəlb etmək lazımdır. Ümumiyyətlə, ölkədə bununla bağlı müvafiq qurumlar var və bu, onların işidir. Şəriət nəyisə qadağa edirsə, deməli bu insan səhhəti üçün zərərlidir. Şəriət qaydalarına görə heyvan baş tərəfindən kəsilməlidir və bilinməlidir ki, bu canlı heyvan olub. Əgər belə adamlar ölkədə leş ətlərinin satışıyla məşğul olursa, belə çıxır ki, buna məsul olan qurumlar rüşvət alaraq onlara “göz yumurlar”. “Leş Tofiq” kimi adamları isə “Qurani-Kərim”ə and içdirməyin heç bir mənası yoxdur, çünki belə adamlar bunun mahiyyətini başa düşmürlər. Ən azından adamlar bir yas yerində oturanda eşidirlər ki, nə haramdı, nə halaldı. İnsan özü Allahdan qorxmalıdır ki, niyə mən başqalarını zəhərləyirəm?”. 



Ana səhifəyə qayıt        Baxış: 475          Tarix: 23-09-2019, 14:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma