Xəbər lenti

 

İctimai televiziyaya tüstülənməyə görə saat 00:19-da Təcili Tibbi Yardıma çağırış olub.
Səhiyyə Nazirliyindən Medicina.az-a verilən məlumata görə, hadisə yerinə bir neçə briqada çıxıb.
İki nəfər (kişi) müraciət edib. Birinə yerində yardım göstərilib, digəri isə tüstüdən boğulma diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən "Report”a verilən məlumata görə, yanğın zamanı 1974-cü il təvəllüdlü Qarayev Rövşən Yasin oğlu və 1979-cu il təvəllüdlü Quliyev Ramiz Tağı oğlu tüstüdən zəhərlənib. Onlara kəskin inhalasyon zəhərlənmə diqanozu qoyulub.




Ana səhifəyə qayıt        Baxış: 422          Tarix: 28-09-2019, 10:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma