Xəbər lenti

 

İstənilən tip xərçəngdən xilas olmaq üçün bu tabletləri içmək kifayət edəcək.
Medicina.az xəbər verir ki, Kanada universitetinin alimləri fiofizik Haled Barakatın təhbərliyi ilə 4 ildir ki, insanın immun sistemini şiş hüceyrələrinə qarşı tam gücü ilə hücum edəcək molekulun üzərində işləyirlər. İmmunoterapiya metodu effekt versə, artıq kimya və şüa terapiyası, hətta əməliyyatlara gərək olmayacaq. Xərçəngin sirri cəmi kiçik tabletdə çözüləcək. 
Elmi işdə alimlər 60 min adi kompüterin gücünə bərabər olan superkompüterdən istifadə edir. 
Hazırda xərçəngin müalicəsində tətbiq olunan  immunterapiya Amerika və Avropa ölkələrində xəstələrdə effekt verir, amma çox bahalı və riskli metoddur. Çünki immunitet şiş hüceyrələri ilə yanaşı öz doğma hüceyrələrinə də hücum edə bilər.
Bu dərmanın isə belə əks təsiri olmayacaq, amma qiyməti ilkin olaraq çox baha hesablanıb.



Ana səhifəyə qayıt        Baxış: 326          Tarix: 1-10-2019, 15:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma