Xəbər lenti

 

Qeyri-iradi əzələ daralması həm ciddi xəstəlik, həm də sadə stres göstəricisi ola bilər.

Miokimiya - bu, gözətrafı əzələnin qeyri-iradi daralması və ya “göz səyriməsi” kimi bilinən sinir xəstəliyinin elmi adıdır.

Həkimlərin sözlərinə görə, bu, çox geniş yayılmış haldır. Ancaq “göz səyriməsi” bir aydan artıq davam edirsə, bu, hər hansı sağlamlıq problemindən xəbər verir. Xüsusilə “göz səyriməsi” ilə gözətrafı əzələlərlə yanaşı, üzün bütün hissəsi yığılıb-açılırsa, bu halda mütləq həkimə müraciət etmək lazımdır. 

Miokimiya xəstəliyinin başqa səbəblərdən yaranan simptomları aşağıdakılardır:

Müxtəlif nevroloji xəstəliklər səbəbindən mərkəzi sinir sisteminin zədələnməsi (blefarospazm və ya Lu Qeriq xəstəliyi, Parkinson xəstəliyi); 

yoluxucu infeksion xəstəliklər; 

mikroelement, xüsusilə maqnezium və B vitaminlərinin çatışmazlığı;

kompüterdə çox işləmək və s. kimi uzunmüddətli göz yorğunluğu;

stres və digər səbəblər;

Mütəxəssislərin qeyd etdiyi kimi, miokimiyanın dəqiq səbəbini müəyyənləşdirmək və sağlamlıq üçün nə dərəcədə təhlükəli olduğunu öyrənmək məqsədilə həkim müayinəsindən keçmək məsləhətdir.




Ana səhifəyə qayıt        Baxış: 391          Tarix: 2-10-2019, 15:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma