Xəbər lenti

 

Aydın Əliyev: “Gültəkin Hacıbəylini bu gün qəhrəman etmisən, niyə?..”

AXCP daxilindən çalxalanır. Fuad Qəhrəmanlı olayından sonra indi də partiya Nəzarət-Təftiş Komissiyasının sədri Aydın Əliyev şoku yaşayır. Komissiya sədri sentyabrın 30-da öz facebook profilində canlı yayım açaraq, AXCP sədri Əli Kərimlini istefa çağırıb, onun ünvanına ən ağır ittihamlar səsləndirib.

Son olaraq, A.Əliyev daha bir videomüraciət edib. O, Ə.Kərimlini hakimiyyətlə işbirliyində, xəyanətkarlıqda suçlayıb. Müraciəti təqdim edirik: “Əziz AXCP üzvləri, əziz qardaş və bacılar, mən yenidən sizlərə, məni partiyaya xəyanət etməkdə ittiham edən Əli Kərimliyə, onun trollarına müraciət edirəm. Əli Kərimli, 1993-cü ili yadına sal. Bugünkü hakimiyyət rəhbərliyi ilə getdiyin bazarlığı, Elçibəyə etdiyin xəyanətləri yadına sal. Sən Əli Kərimli, uzun illər hakimiyyətin təbliğatçısı olan, Azərbaycan müxalifətini tənqid yox, təhqir edən Gültəkin Hacıbəylini bu gün qəhrəman etmisən. Niyə? Çünki o, sənə maddi dəstək verir. Əli Kərimli, sən saxta partiya vəsiqələri satmaqla məşğulsan. Azərbaycan müxalifətinin birləşməsinə mane olan, bütün birlikləri pozan, ölkədə ən böyük xəyanətkar və satqın sənsən. Tez-tez xarici ölkə səfiri ilə görüşüb bizi aldatmağından utan. Hər görüşdən gələndə deyirsən ki, az qalıb, hakimiyyətə gəlirik.

Nəzarət-Təftiş Komissiyasının sədri Aydın Əliyev ile ilgili görsel sonucu

Aydın Əliyev 

Əziz cəbhəçi qardaşlarım, xeyli müddətdir ki, Əli Kərimli guya hakimiyyətin müxalifətə mitinq keçirməyə icazə vermədiyini bəhanə edərək bizi aldadırdı. Ancaq nə baş verirdi? Sentyabrın 28-də Lökbatan qəsəbəsinin mərkəzində böyük bir stadionda mitinq keçirilməsinə icazə verildi. Ancaq qorxaq Əli Kərimli özünün absurd, uydurma bəhanələri ilə AXCP üzvlərinin və xalqın öz etirazlarını bildirməsinin qarşısını alır, insanların mitinqə getməsinə imkan vermir. Əli Kərimli, axı sən kimə xidmət edirsən? Niyə insanların haqqını pozursan? Hamı bilir ki, insanlar öz etirazlarını bildirmək üçün nəinki Lökbatana, Qobustana, Hacıqabula belə getməyə hazırdırlar. Əli Kərimli, bu ikiüzlü, riyakar oyunlarından əl çək. Əziz cəbhəçilər, bilin ki, biz Əli Kərimli kimi qorxaq, satqın, xəyanətkar bir siyasi liderlə 20 ildən çoxdur ki, heç nəyə nail olmamışıq. Bundan sonra da nail olmayacağıq. Onun bütün məqsədi bizi aldadıb, öz çirkin oyunlarının qurbanı etmək, partiyaya ayrılan qrant pullarını və digər maliyyə vəsaitlərini mənimsəmək, hakimiyyətdən özü və yaxın ətrafı üçün daha çox güzəşt, gəlir əldə etməkdir. Əgər belə deyilsə, guya şəhərin mərkəzində piket keçirəcəyi ilə xalqı aldatmasın. İnsanları mitinqə çağırsın. Əli Kərimli, ömründə bir dəfə cəsarətin və mənliyin olsun, istefa ver. Cəbhəçilərin siyasi fəaliyyətinə mane olma. Qoy biz özümüz mitinqlər keçirək, hakimiyyətə öz etirazlarımızı bildirək, haqqımızı tələb edək".




Ana səhifəyə qayıt        Baxış: 571          Tarix: 3-10-2019, 10:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma