Xəbər lenti

 

Sentyabr ayı ərzində nikaha daxil olmaq istəyən və icbari tibbi müayinədən keçən 70 nəfərdə sifilis, 12 nəfərdə isə QİÇS aşkar edilib.

Bunu Oxu.Az-a Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, ötən ay ərzində ümumilikdə 11278 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib:

“340 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan dörd cütlük müəyyənləşdirilib”.

Z.Əlimirzəyeva bildirib ki, bu ilin doqquz ayı ərzində nikaha daxil olmaq üçün 103618 nəfər müayinədən keçib:

“Onlardan 2653 nəfərdə talassemiya daşıyıcılığı, 212 nəfərdə sifilis, 107 şəxsdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 34 olub. 

2015-ci ildən indiyədək 603431 nəfərdə qan müayinəsi aparılıb. 20888 cütlükdən birində talassemiya daşıyıcılığı, 223 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 1940 nəfərdə sifilis, 562 nəfərdə HİV1/2 (QİÇS) qeydə alınıb”.

Qeyd edək ki, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçməsi mütləq sayılır.




Ana səhifəyə qayıt        Baxış: 361          Tarix: 7-10-2019, 15:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma