Xəbər lenti

 

Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Müsabiqədə iştirak etmək istəyən şəxslər  oktyabrın 10-dan noyabrın 10-dək  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Müsabiqədə yaşı 30-dək olan magistr təhsilini başa vurmuş və ya magistraturanın ikinci kursunda təhsil alan şəxslərin iştirakı məqsədəuyğundur. Həqiqi hərbi xidmət keçməmiş şəxslər (qadınlar və səhhəti ilə əlaqədar möhlət hüququ olanlar istisna olmaqla) müsabiqəyə buraxılmır.

Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya gəlməklə müraciət edə bilərlər. Elektron ərizələrin təsdiqi həftənin iş günləri saat 9:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək həyata keçirilir.  

Maraqlananlar Komissiyanın (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya dqmk@nakhchivan.az elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.




Ana səhifəyə qayıt        Baxış: 37          Tarix: 10-10-2019, 13:13      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent