Xəbər lenti

  

Vazelin illər əvvəl Amerikalı kimyaçı tərəfindən kəşf edilmişdir. Bu məhsulu araşdırmadan əvvəl iflas ərəfəsində olan Robert Çesebroq neft quyularını araşdırmağa getdi. Burada bir maddənin işçilərin işlərini çətinləşdiyini , eyni zamanda yaralarına xeyri olduğunu müəyyən edib.
 
1859-cu ildə kəşf edilən məhsul, əvvəlcə "neft geli” adı ilə satışa çıxarılan bu məhsul, daha sonra vazelin adı ilə məşhurlaşçdı.Xüsusilə kosmetika sahəsində istifadə olunan bu məhsul qoxusuzdur, lakin müxtəlif  istehsalçı markalar tərəfindən ətirli formasıda istehsal olunub. 
Dəriyə qulluqda geniş istifadə olunan bu məhsul, əsasən intensiv nəmləndirmə xüsusiyyəti ilə dəridəki çatların müalicəsində istifadə olunur. Bəs vazelinin faydaları nələrdir? 
- Dərini daha parlaq edir. Dəridəki çatları aradan qaldırır.  Bitlərin müalicəsi üçün saçlara tətbiq oluna bilər, amma sonra saçları darağ ilə daramaq lazımdır. Az miqdarda istifadə edildikdə sızanaqları aradan qaldırır. Yağlı bir məhsul olduğundan, qədərindən çox istifadə edildikdə  dəridə sızanaq yarada bilər. 
- Üzünüzü nəmləndirmək üçün istifadə edə bilərsiniz, ancaq əridib istifadə etsəniz daha məqsədə uyğundur. Beləliklə, dərinizdəki  məsamələriniz tıxanmaz. 
- Mütəmadi olaraq qaşlarınıza və kirpiklərinizə tətbiq etsəniz, qaşlarınız qabarıq olacaq və tökülməsinin qarşısını alacaq. Yatmadan əvvəl tətbiq olunarsa, yeni  qaşların çıxmasına kömək edər.
- Bundan əlavə, istifadə etdiyiniz ətirlərin qalıcı olmasını istəyirsinizsə, ətirdən əvvəl həmin hissələrə vazelin vurun və daha sonra üzərinə ətir sıxın. 
- Dodaq boyası vurmamışdan öncə vazelin vursanız daha parlaq nəticə əldə edəcəksiniz. Bu həm də dodaqlarınızı çatlamaqdan qoruyur. 
- Günəş yanıqları zamanı vazelini  zeytun yağı ilə qarışdırıb qarışdırıb yanan hissələrə çəksəniz  yaranız qısa müddətdə sağalacaq.
- Göz makiyaj təmizləyicisi yoxunuzdursa pis olmayın. Təmizlənməsi çətin olan, suya davamlı makiyaj vasitələrini asanlıqla təmizləmək üçün vazelindən istifadə edə bilərsiniz. Bir az pambığı isladın, vazelin sürtün və makiyajınızı silin. Vazelin həm dərinizin yaxşılaşmasına kömək olar, həm də qırışlarla mübarizə aparır.
- Saç qırıqlarını aradan qaldırır. Qurumuş saç uclarına vazelin sürtüb 15-20 dəqiqə saxlayın. Bir neçə dəfə istifadədən sonra codlaşmış saç uclarınızın bərpa olunduğunu görəcəksiniz.
 
- Saç maskası kimi də istifadə edə bilərsiniz. İstədiyiniz uçucu bir yağ ilə vazelini qarışdırın və saçınıza sürtün. Saçlarınızı yumazdan əvvəl kağız dəsmalla nəmini alın və sonra fenlə qurudun.
- Saç boyasının dəriyə bulaşması bütün qadınların nifrət etdiyi haldır. Bunun qarşısını almaq üçün vazelin istifadə edə bilərsiniz.
- Təbii və ya süni dəri ayaqqabı, pulqabı, pencək kimi əşyalarınızı parlatmaq üçün vazelin istifadə edə bilərsiniz. Nazik bir təbəqə halında çəkin, sonra təmiz bezlə silin.
- Bir parça pambıq parçaya vazelin çəkib taxta əşyalarınızı silsəniz, parlayacağını görəcəksiniz.
 
- Uşaqların dərisində yaranmış bişməcənin qarşısını almaq üçün istifadə edə bilərsiniz. Çəkməzdən əvvəl dərini yaxşıca təmizləyib, qurulayın.
 
- Dırnaq qırılmaları və ətin qurumasının qarşısını almaq üçün gecə yatmazdan əvvəl vazelin çəkin. Qurumuş ətdən əsər-əlamət qalmayacaq.



Ana səhifəyə qayıt        Baxış: 57          Tarix: 10-10-2019, 13:55      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent