Xəbər lenti

 

Hazırda çoxumuz saç tökülməsindən şikayətlənir və bunun qarşısını almaq üçün çarələr axtarırıq. Bəs bu problemi həll etmək üçün hansı vasitələrdən istifadə etmək lazımdır? 
Yediyimiz  qidalardan vitaminlər, minerallar və zülallar qan vasitəsilə saç köklərinə çatır və saçı qoruyub gücləndirir. Buna görə də sağlam və zəngin qidaları yemirsizsə, bu həm də saçlarınızın qurumasına, kövrəkləşməsinə, həm də tökülməsinə səbəb ola bilər.
 
Elə qidalar var ki, mütəxəssislər məhz saçları tökülənlərə yeməyi məsləhət görür. Türkiyəli qida və pəhriz mütəxəssisi Yeşim Özcan sağlam və  güclü köklü saçlar üçün menyumuzda olması vacib qidalar haqqında danışıb.
 
Medicina.az həmin qidaları təqdim edir:
Naringi 
Sağlam saçlara sahib olmaq istəyirsinizsə, hər gün 2-3 ədəd mandlin yeməyiniz məsləhətdir. Bu meyvənin tərkibindəki C vitamini saç tellərini bəsləyir, kapilyarları gücləndirən kollagen istehsalına kömək edir. Eyni zamanda naringi bədəndə dəmirin qarışmasını artıraraq saçları da gücləndirir. 
Naringi içindəki B vitaminləri saçları daha sürətli böyüdür, saç tökülməsini azaldır və ağarma prosesini yavaşladır. 
 
 
Kök 
Beta karotin, vitaminlə zəngin bir tərəvəzdir.  Bədəninizin sebum hazırlaması üçün A vitamininə ehtiyacı var . Sebum isə saçlarımızda gözlə görünən təbii yağlı bir maddədir və baş dərisinə təbii qulluq edir. Sebum olmasa kəpək və quru saç problemi yaşana bilər.
 
 
Qatıq 
Tərkibində B5 vitamini adlanan pantotenik turşu var. Bu vitamin saç tökülməsi problemlərinin qarşısını alır. B5 vitamini baş dərisində qan axını sürətləndirir və baş dərisində qoruyucu bir quruluşa malikdir. Gündə 2 qab qatıq yemək faydalıdır. 
 
 
Solmon balığı
Bu balıq omega-3 yağ turşuları ilə zəngin bir balıqdır. Bədənimiz bu sağlam yağları istehsal edə bilmədiyi üçün  qida və ya qida əlavələrdən almalıdır. Omeqa 3 sayəsində saçlar daha parlaq və güclü görünür. 
 
 
Yumurta 
Bədəndə biotinin olmaması saçların qırıqlmasına və baş dərisində kəpəyə səbəb olur. Yumurtada yüksək miqdarda biotin var. Biotin suda həll olunan B vitaminidir. Eyni zamanda yumurta həm də yüksək protein mənbəyidir. Hər gün bir ədəd yumurta yemək lazımdır. 
 
 
Yulaf 
Yulafın tərkibi dəmir, lif, sink, omega-3 və doymamış yağ turşuları ilə zəngindir, saç böyüməsini sürətləndirir və onu qalın və sağlam edir. Yulaf süd ilə bişdikdən sonra meyvə, qoz-fındıq və darçın əlavə edib, səhər yeməyində yeyə bilərsən. 
 
Darçın 
Bədəndəki qan dövranını artırır , saç köklərinə oksigen və qida maddələrinin çatmasına kömək edir. Bu təsir saç köklərini gücləndirir və qulluq edir.
 



Ana səhifəyə qayıt        Baxış: 48          Tarix: 10-10-2019, 17:25      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent