Xəbər lenti

 

“Reddit” istifadəçiləri yanlış adamla evləndiklərini anladıqları anlardan danışıb.

Lenta.ru saytının məlumatına görə, boşanma səbəbləri ilə bağlı mövzu trendə çevrilərək 53 mindən çox şərh toplayıb.

Bir çoxları toydan sonra tərəf müqabilinin tanınmayacaq səviyyədə dəyişdiyini bildirib. Belə ki, şərh yazanlardan bu vaxta qədər fiziki zorakılığa qarşı olan ərinin toydan sonra səbəbsiz yerə onu vurduğunu deyib.

Başqa bir istifadəçi rəfiqəsinin ərinin rəfiqəsinə işdən ayrılaraq ev işləri görməsini tələb etdiyini deyib. Halbuki evlənənə qədər sözügedən kişi karyera qurmağın tərəfdarı olub.

Və bu kimi başqa istifadəçilər də müxtəlif səbəblər qeyd edib: bal ayında həyat yoldaşından hər şeydə onu günahlandırması səbəbindən bezən, qısqanclığa dözə bilməyən, toy səhəri yuxudan oyananda evliliyə peşman olanlar və s.

İstifadəçilər bu səbəblərdən artıq boşandıqlarını qeyd ediblər.




Ana səhifəyə qayıt        Baxış: 262          Tarix: 14-10-2019, 15:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma