Xəbər lenti

 

Saat 05:00.... Yolumuz hamının yaxşı tanıdığı, paytaxtın Nizami rayonunda yerləşən “8-ci kilometr" bazarınadır. Bura gələn hər kəs son günlər meyvə-tərəvəz bazarında müşahidə edilən ucuzlaşmaya təəccübünü gizlədə bilmir. Bazarın böyük hissəsini əhatə edən topdansatış bölməsində qiymətlər market və mağazalardan ciddi şəkildə fərqlənir.

"Report"un çəkiliş qrupu “8-ci kilometr" bazarında satış qiymətlərləri ilə maraqlanıb.

Məlum olub ki, burada satılan bəzi məhsulların qiymətlərinin digər ticarət mərkəzlərinin məhsullarının qiymətlərindən fərqlənir.

Satıcıların əksəriyyəti məhsulun bol olduğunu və qiymətlərin də məhsuldan asılı olaraq dəyişdiyini düşünürlər. Onların sözlərinə görə, alıcılıq qabiliyyəti isə heç də ürəkaçan deyil. Bəzi satıcılar buna səbəb kimi artıq sakinlərin bazardan deyil, ticarət mərkəzləri və supermarketlərdən alış-veriş etdiyini göstərirlər.

Alıcılar isə qiymətlərin baha olmasından gileylənir. Amma “8-ci kilometr" bazarının daim müştəriləri olan bəzi alıcılar isə burada qiymətlərin hər yerdən ucuz olduğunu hesab edirlər. Bir sözlə, alıcılar arasında qiymətlərdən razı olan qədər, giley-güzar edənlər də var. Burada satıcılar maksimum çox pul qazanmağa, alıcılar isə daha az məbləğə çox alış-veriş etməyə can atırlar.

Burada satılan meyvə-tərəvəzləri və ərzaq məhsullarını digər ticarət mərkəzləri ilə müqayisədə daha ucuz qiymətə almaq mümkündür. Məsələn, digər bazarlarda 1 kiloqramı 30 qəpiyə satılan soğanı burada 25 qəpiyə, kiloqramı 80 qəpiyə satılan kartofu buradan 60-70 qəpiyə almaq olar. Əksər alış-veriş mərkəzlərində 1,5 manata satılan armudu “8-ci kilometr bazarı"nda 1,3 manata əldə edə etmək mümkündür. Burada bütün meyvə-tərəvəzlərin qiymətləri başqa bazarlarda satılan meyvə-tərəvəzlərlə müqayisədə orta hesabla 30-50 qəpik ucuzdur.

Ən maraqlısı odur ki, "8-ci kilometr bazarı"nda günün ikinci yarısında, xüsusən axşam saatlarında bəzi məhsulların qiymətləri səhər satışı ilə müqayisədə 30-40 faiz daha da ucuzlaşır. Bunu satıcılarla yanaşı, alıcılar da təsdiqləyir. El arasında bu ucuzlaşmaya "axşam bazarı" deyilir.




Ana səhifəyə qayıt        Baxış: 766          Tarix: 16-10-2019, 15:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma