Xəbər lenti

 

"Ömrümün axırınacan Əliyevçiyəm və Əliyevçi də olaraq qalacağam".

"Report" xəbər verir ki, bunu Baş Nazirin müavini Əli Həsənov vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar oktyabrın 21-də Prezident İlham Əliyev tərəfindən qəbul edilərkən bildirib.

"Çox sağ olun, möhtərəm cənab Prezident. Məni qəbul etdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm. Həqiqətən, mən 51 illik fəaliyyətim dövründə 20 il ulu öndər Heydər Əliyevin, son 16 ildə isə Sizin rəhbərliyiniz altında çalışmışam. İndi ünvanıma dediyiniz sözlər mənim üçün ən böyük qiymətdir. İnsan üçün bundan böyük nə ola bilər?! Ümumiyyətlə, 20 il Ulu Öndərin, 16 il ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin, - hansı ki, bu gün dünya prezidentləri arasında öz layiqli yerini tutub və onun heç əvəzi də yoxdur, - rəhbərliyi altında çalışasan və belə bir Prezidentdən bu cür qiymət almaq, hansı ki, Siz sadaladınız, insana bundan böyük nə lazımdır?! Ulu Öndərimizin və Sizin rəhbərliyiniz altında işləmək mənim ən böyük qazancım olub. Ömrümün axırınacan Əliyevçiyəm və Əliyevçi də olaraq qalacağam. Ölkə Prezidentinin bir vəzifəli şəxs haqqında bu cür sözlər söyləməsindən, onun gördüyü işlərə bu cür qiymət verməsindən yaxşı nə ola bilər?!", - deyə o qeyd edib.

Ə.Həsənov vurğulayıb ki, gənclərə yol verilməlidir: "O da Sizin böyüklüyünüzdür, bir daha nümayiş etdirirsiniz ki, Siz həqiqətən hər bir Azərbaycan vətəndaşının qarantısınız. Mən də Azərbaycan vətəndaşıyam və bunu bir daha nümayiş etdirirsiniz. Siz bütün sahələrdə islahatlar aparmısınız. Bəli, gənclərə yol verilməlidir. Bəli, ulu öndər Heydər Əliyev də bu addımları atırdı. Ulu öndər Heydər Əliyevin siyasəti bu gün tam davam edir bütün istiqamətlərdə. Nə əldə etmişiksə, təbii ki, onun hamısının kökündə, əsasında ulu öndər Heydər Əliyevin siyasəti durur. Allaha çox şükürlər olsun ki, Siz də bunu çox böyük ləyaqətlə, çox böyük bacarıqla həyata keçirirsiniz. Bu gün Siz Azərbaycanı dünyaya tanıtdırırsınız. Götürək, Mehriban xanımın işlərini. Mehriban xanım ən yüksək keyfiyyətə, humanistlik keyfiyyətinə, ən yüksək siyasi keyfiyyətə malik bir xanımdır. Mehriban xanım Azərbaycan xanımını dünya xanımları sırasında ən yüksək zirvəyə qaldırdı. Sizin sayənizdə bu gün bütün dünya Azərbaycandan danışır. Bunu necə görməmək olar? O müxalifətdəkilər aldıqları vəsaiti doğrultmaq, onları silmək üçün canfəşanlıq edirlər, ağızlarına gələni danışırlar. Bütün Azərbaycan ictimaiyyəti belə qeyri-obyektiv məsələlərə qarşı münasibət bildirməlidir, hər kəs mövqeyini bildirməlidir. Məni bu gün qəbul etdiyinizə, ünvanıma bu cür xoş sözlər dediyinizə görə Sizə bir daha təşəkkür edirəm. Necə ki, Ulu Öndərin gördüyü işlərin əyani nəticələri indi daha aydın görünür, Sizin də gördüyünüz işlərin nəticələri hər il, 10 il, 50 il bundan sonra daha aydın görünəcəkdir. Ona görə bir daha Sizə təşəkkür edirəm. Sağ olun".




Ana səhifəyə qayıt        Baxış: 623          Tarix: 21-10-2019, 21:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma