Xəbər lenti

 

Daşkəsəndə qadın öz övladlarına xəsarət yetirib. 

APA-nın məlumatına görə, rayon sakini Saday Əlirzayev Daşkəsən rayon Polis Şöbəsinə müraciət edərək qızı Elmira Pavlovanın azyaşlı övladları - 2010-cu il təvəllüdlü Hüseyn və 2012-ci il təvəllüdlü Əmirxanı döydüyünü bildirib. 

Araşdırmalar zamanı Elmira Pavlovanın azyaşlı övladlarına qaz sobasında qızdırılmış bıçaqla xəsarətlər yetirdiyi məlum olub. 

Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 277          Tarix: 26-10-2019, 10:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma