Xəbər lenti

 

Milli Məclisdə 2020-ci ilin büdcə zərfinin müzakirələri davam edir.

Modern.az xəbər verir ki, noyabrın 5-i, 6-sı və 7-ni əhatə edəcək büdcə müzakirələrində bütün komitələr iştirak edəcək.

Noyabrın 5-i keçirilən müzakirələrdə iştirak edən deputat Aydın Mirzəzadə Modern.az-a açıqlamasında bildirib ki, hökumətin iqtisadi blokuna daxil olan nazirlik və sahə rəhbərlərinin hamısı orada iştirak edib:

“Hamı gələn ilin büdcəsi ilə bağlı fikirlərini bildirdi. Çox canlı, maraqlı müzakirə keçirildi. Təqribən 3 saat yarım ərzində nazirlər dinlənildi, ayrı-ayrı deputatlar öz təkliflərini verdi. Hətta mən deyərdim ki, fərqli baxışların polemikaları da oldu.

Gələn il büdcəmiz 4 milyard manata qədər artır. Bu o deməkdir ki, hökumət işləyir, prezidentin iqtisadi kursu konkret nəticələrini verib. Müdafiədən tutmuş, sosial müdafiəyə qədər ayrı-ayrı sahələrdə artım gözlənilir.

Diqqəti cəlb edən ayrı-ayrı istiqamətlər üçün 200 minə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bunun 130 mini daimi iş yeri, 17 mini özünü məşğulluq, 50 mini ictimai əmək olacaq. İnsanlar daha çox işlə təmin olunacaq. Bu iş yerlərinin böyük əksəriyyətinin regionlarda açılması nəzərdə tutulur”.

A.Mirzəzadə əlavə edib ki, sahibkarlara dəstək üçün çox böyük işlər görülür:

“Vergi, gömrük qanunvericiliyində dəyişikliklərin edilməsi sahibkarın maraqlarına uyğun daha çevik, liberal mövqe tutulmasına gətirib çıxaracaq. Təhsil, mədəniyyət, səhiyyə sahəsinə böyük diqqət yetirilməsi gözlənilir.

Dünənki müzakirələri çox əhəmiyyətli hesab edirəm. Gələn ilin büdcəsinin təkcə qanunvericilər və iqtisadçılar arasında deyil, cəmiyyətdə də böyük maraq doğuracağına heç bir şübhəm yoxdur”.  

Deputat Tahir Mirkişili də 5 noyabrda, komitələrin birgə iclasında müzakirələrin aktiv keçirildiyini vurğulayıb:

“Ümumi olaraq büdcə zərfi makroiqtisadi situasiyaya görə hazırlanıb və dövlər başçısı tərəfindən aparılan iqtisadi və sosial islahatlara cavab verir. Bir neçə təklif də mənim tərəfimdən oldu. Əsasən xarici imvestisiyaların cəlb olunması üçün “bir pəncərə” sisteminin yaradılması, nağdsız ödənişlərin stimullaşdırılması, güzəştli kreditlərin verilməsi mexanizmlərinin dəyişdirilməsi və s. Sumqayıtda havanın zərərli maddələrdən qorunması üçün məişət tullantıları zavodunun inşasının dövlət investisiya proqramına salınması da tərəfimdən təklif edildi”.

Deputat Fazil Mustafa isə 5 noyabr müzakirələrində bir sıra təkliflərlə çıxış edib:


“Bir neçə komitənin birgə iclasında 2020-ci ilin büdcə layihəsi ilə bağlı bir çox məsələləri gündəmə gətirdim. Ölkədə əsas problem insanların pul qazanmasının yollarının bağlanmasıdır. Bununla bağlı sahibkarlıq fəaliyyətinə imkanların yaradılmasını, son vaxtlar yaradılan publik hüquqi şəxslərin dövlət tərəfindən maliyyələşmə mexanizmində dəqiqləşdirmələrin aparılmasını qeyd etdim. Həmçinin, 2020-ci ilin yanvarın 1-dən ölkədə bütün daşınmaz əmlaka icbari sığorta tətbiq olunmasının lüzumsuz olduğunu qeyd etdim. Əlil uşaqlar üçün ayda verilən müavinətin məbləğinin ən azı 3 dəfə artırılmasını, kitab və çap məhsullarına qoyulan 18%lik ƏDV sıfırlanmasını və bütün məktəbli geyimində olan uşaqların ictimai nəqliyyatdan pulsuz istifadəsinin təmin olunmasını irəli sürdüm”.




Ana səhifəyə qayıt        Baxış: 890          Tarix: 7-11-2019, 09:33      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent