Xəbər lenti

 

Benzinin bahalaşması ilə əlaqədar başladılan etiraz aksiyalarına xaricdə yaşayan iranlılardan dəstək gəlib.

Aznews.tv xəbər verir ki, təhlükəsizlik qüvvələri tərəfindən sıxışdırılan İran xalqına dəstək olaraq xaricdəki iranlılar iyunun 20-i aksiya keçiriblər.

Aksiyalar ABŞ-ın Vaşinqton, San-Fransisko, Kanadanın Torento, Almaniyanın Köln, Hamburq, Berlin, Fransanın Paris, İtaliyanın Roma, Milan, Belçikanın Brüssel, Avstraliyanın Melburn, Gürcüstanın Tiflis, Yunanıstanın Afina, İsveçin Göteburq, Türkiyənin Adana şəhərlərində baş tutub.

İngiltərədəki bir qrup iranlı, İsveç, Çex respublikası, Ukrayna, İsveçrə və Hollandiyadakı digər şəhərlər son iki gündə İran xalqına dəstək olaraq toplaşaraq onlarla həmrəy olduqlarını bildiriblər.

Xatırladaq ki, İranda benzinin 3 dəfə bahalaşması ilə əlaqədar etiraz aksiyaları başladılıb. Etirazlarda Beynəlxalq Əfv Təşkilatı 106 nəfərin öldüyünü bildirib.

VOA Farsi
@VOAIran

♦️ ویدئو کوتاه | فریاد «مرگ بر #دیکتاتور» ایرانیان در #تجمع مقابل #کاخ_سفید در پایتخت #آمریکا




Ana səhifəyə qayıt        Baxış: 1 109          Tarix: 21-11-2019, 14:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma