Xəbər lenti

İsveç hökuməti Əfqanıstandan olan 106 yaşlı miqrant Bibihal Özbəkini ölkədən deportasiya etməyə hazırlaşır.

"Report"un məlumatına görə, bu barədə "The Guardian" xəbər verir.

Qeyd olunur ki, uzunömürlü qadın İsveçdə oğlu və nəvəsi ilə birlikdə yaşayır. O, bundan ötrü dağları, səhraları və meşələri keçməli olub.Onlar bütün yol boyu yalnız piyada gəliblər və qatarla hərəkət ediblər.

Nəşr bildirir ki, yaşlı miqrant artıq çətinliklə danışır. Lakin ölkə hakimiyyəti bildirib ki, onun nə vəziyyəti, nə yaşı qocaya sığınacaq verməyə əsas verir.

Qadının yaxınları qərardan apellyasiya şikayəti verməyə hazırlaşırlar. 




Ana səhifəyə qayıt        Baxış: 910          Tarix: 5-09-2017, 12:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma