Xəbər lenti

 

Cəmi 6 gün Azərbaycanın dövlət başçısı olub:  9-15 sentyabr, 1920

Bu dəfə oxuculara daha bir şəxs haqqında yazı təqdim edirik: Yelena Stasova –  Milliyyətcə rusdur. Ölkəni idarə edəndə  47  yaşı varmış… 

Sələfi: Viktor Naneyşvili, xələfi: Vladimir Dumbadze… 

Yelena Dmitriyevna Stasova (ləqəbləri: Absolyut, Varvara İvanovna, Quşa, Delnaya, Delta, Zelma, Gerta) 3 oktyabr 1873-cü ildə Sankt-Peterburqda dünyaya gəlib. Rusiya və SSRİ-nin siyasi və dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin sədri olub, Sosilaist Əməyi Qəhrəmanı idi (1960)

Yelena zadəgan vəkil Dmitri Stasovun ailəsində dünyaya gəlib. 6 uşaqdan beşincisi olub. Məşhur memar Vasili Stasovun nəvəsi idi. 13 yaşınadək evdə təhsil alıb, 1887-ci ildə birbaşa qadın gimnaziyasının 5-ci sinfinə daxil olub və cəmi 3 il sonra gimnaziyanı qızıl medalla bitirib. Həmin vaxtlarda inqilabçı qadın A. Kollontayla dostluq münasibətləri yaranıb. 20 yaşında V.İ.Leninin həyat yoldaşı Nadejda Krupskaya ilə tanış olub və hər ikisi fəhlələr üçün bazar məktəblərində çalışıblar.  1901-ci ildən “İskra” qəzetinin agenti olub. Sankt-Peterburqda, Oryolda, Moskvada, Minskdə, Vinüsdə gizli partiya işi aparıb. 1905-1906-cı illərdə İsveçrədə mühacirətdə olub. 

1906-cı ildə Finlandiyada silah, pul və partiya işçilərinin sərhəddən keçirilməsi ilə məşğul olub, elə həmin il də həbs olunub. 1907-ci ildə Qafqaza gəlib və 5 il Tiflisdə çalışıb. 1912-ci ildə Peterburqa gedib və valideynlərinin mənzilində həbs olunub. 3 il Yenisey quberniyasında sürgündə olub və Beya kəndindəki evində  hələ də xatirə lövhəsi var. 1920-ci ildə Mərkəzi Komitə Stasovanı Bakıya göndərib və həmin il sentyabrın 9-dan 15-nə qədər Azərbaycan KP MK Rəyasət Heyətinin sədri olub. 

1938-1946-cı illərdə “Beynəlxalq ədəbiyyat” jurnalının redaktoru olub. Müharibə illərində xarici dilləri bildiyi üçün cəbhəyə getmək istəsə də, icazə verilməyib.

1942-ci ildən ömrünün sonunadək Moskvada yaşayıb. 4 dəfə Lenin ordeni ilə təltif edilən Yelena Stasova 1966-cı ildə Yeni il axşamında Moskvada vəfat edib və Qızıl Meydanda dəfn olunub.\Enter.News\

 




Ana səhifəyə qayıt        Baxış: 651          Tarix: 17-09-2017, 18:27      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent