Xəbər lenti

 

Azərbaycanda kişilərdə də süd vəzi xərçəngi aşkarlanıb.

Ovqat.com bildirir ki, bu barədə medicina.az-a onkoloq-mammoloq Rəna Abdullayeva məlumat verib. O deyib ki, belə hallara daha çox yaşlı adamlarda rast gəlinir: "Bizim süd vəzi xərçəngi və süd vəzisində xoşxassəli şişlər olan kişi pasiyentlərimiz olub və hazırda da var. Düzdür, statistik olaraq bu say qadınlara nisbətən çox azdır. Kişilərdə də xəstəliyin etiologiyası, patologiyası, müayinəsi qadınlardakı kimidir. Bədxassəli şiş olarsa əməliyyat olunur. Düzdür, bu pasiyentlər gənc yox, yaşlı kişilər idi. Onlarda artıq ağciyərlərə kimi metastaz vermiş şiş  aşkarlanmışdı".
Kişilərdə süd vəzi şişlərinin əmələ gəlməsi süd vəzi toxuması ilə bağlıdır. Kişilərdə problemin aşkarlanması asandır. Ən kiçik şiş belə tez və asanlıqla görülür. Əgər kişilər də sinə və süd vəzilərində qeyri-adi dəyişiklik görərlərsə müayinə olunsunlar. Kişilərdə süd vəzi şişlərinin əsas yaranma səbəbi məlum olmasa da burda genetik, hormonal və s amilləri istisna etmək olmaz.




Ana səhifəyə qayıt        Baxış: 982          Tarix: 2-10-2017, 22:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma