Xəbər lenti

Stressin nəticələri kişilərlə müqayisədə qadınlara daha dramatik təsir edir. Alimlər aşkar ediblər ki, zəif cinsin nümayəndələrinin orqanizmində stresslə əlaqədar elə neqativ proseslər yaranır ki, əks cinsin nümayəndələrində bununla rastlaşmaq olmur.

Azərtac Rambler/Doktor saytına istinadən xəbər verir ki, ABŞ-ın Briqama Yanqa Universitetinin əməkdaşları apardıqları tədqiqat nəticəsində müasir cəmiyyətdə qadınların keçirdikləri stress, depressiya və həyəcanlı hadisələrdən kişilərə nisbətən daha çox əzab çəkdiklərini təsdiq ediblər. Onlar həmin fenomenin səbəblərini açıqlayıblar.

Tədqiqatın müəllifləri belə qənaətə gəliblər ki, kişilərdən fərqli olaraq stressin təsiri altında qadınlarda bağırsaq bakteriyalarının tərkibi dəyişilir. "Kişi və qadın orqanizmində bağırsaq mikrobiomu stressə müxtəlif cür reaksiya verir", – deyə layihənin müəllifi, professor Laura Bridcuoter qeyd edib.

Siçanlar üzərində aparılan təcrübə zamanı onların qəfil və qorxulu səsləri zamanı keçirdikləri stress tədqiqatçıları belə qənaətə gəlməyə əsas verib. Nəticədə stress keçirən dişi siçanların bağırsaq bakteriyalarında dəyişiklik baş verməsi aşkar olunub.

Mütəxəssislərin dediyinə görə, stress zamanı qadın orqanizmində daha çox faydalı bakteriya məhv olur və eynən yağlı qidalar qəbul edənlərdə olduğu kimi işləməyə başlayır.




Ana səhifəyə qayıt        Baxış: 559          Tarix: 21-10-2017, 14:19      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent