Xəbər lenti

 

Ödemlərin (şişkinlik) 2 əsas səbəbi var - ürək və ya böyrəklərin fəaliyyətində pozulmalar.

Bu zamanı orqanizmdən xaric olunmayan artıq maye hüceyrələr arasında yığılır və bu yerlər şişir, ödem əmələ gəlir. Ödemlər ciddi simptom sayılır və tez bir zamanda həkimə müraciət etmək üçün səbəb hesab olunur.

Ürək və böyrək ödemləri çox fərqlidir. Mütəxəssis onları asanlıqla fərqləndirə bilər.

Saglamolun.az sizi böyrək və ürək ödemləri arasında olan fərqlərlərə tanış edir.

Böyrək ödemlərinin simptomları:

- əvvəl üz və göz qapaqlarında əmələ gəlir

- ödemlər sürətlə artır və tez yox olur

- ödemlər yuxarıdan aşağı doğru yayılır: əvvəl üz, sonra bədən, yuxarı və aşağı ətraflar

- ödem sahəsində dəri ilıq olur

- ödemlər yumşaq və hərəkətlidir (şişmiş yeri barmaqla basdıqda əmələ gəlmiş oyuq tez yox olur)

- ödemlər adətən səhərlər əmələ gəlir

- ödemlər nahiyələrində dərinin rəngi solğundur.

Ürək ödemlərinin simptomları:

- əvvəl ayaqlarda əmələ gəlir və yuxarı doğru yayılır (ombalar, bədənn yuxarı hissəsi)

- odemlər simmetrik olaraq hər iki ayaqda əmələ gəlir (bu vacib simptomdur ki, bəzi limfa və qan damarları xəstəlikləri zamanı bir ayaq şişə bilər)

- ödemlər adətən axşam əmələ gəlir və yuxudan sonra səhər yox olurlar (xəstəliyin gecikmiş mərhələlərində hətta səhər də yox olmur, qalır)

- ödemlər asta, bəzən bir neçə ay ərzində inkişaf edir

- ödemlər bərkdir (dərini basdıqdan sonra əmələ gəlmiş oyuq çox gec yox olur)

- ödemlərlə yanaşı tez yorulma, təngnəfəslik, taxikardiya, dərinin avazıması kimi simptomlar meydana çıxır

- ödem sahəsində dəri soyuqdur, rəngi göyümtüldür.\\Saglamolun.Az




Ana səhifəyə qayıt        Baxış: 1 117          Tarix: 24-10-2017, 18:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma