Xəbər lenti

Son dövrdə böyük irəliləyiş əldə edən genetika elmi, yaraların yaxşılaşma müddətində bədənin gündəlik ritminin təsirinin olduğunu müəyyən etdi.

Ovqat.com deyerler.org-a istinadən bildirir ki, ingilis araşdırmaçılar gündüz reallaşan yaralanmaların, gecə olanlarla müqayisə etdikdə ikiqat daha tez yaxşılaşdığını kəşf etdi. Elm insanları gələcəkdə yaraların çox daha tez yaxşılaşmasını təmin etmək üçün bir məlumat tapdıqlarını düşünür: "Gələcəkdə yaraların çox daha tez yaxşılaşmasını təmin edə biləcəyik." Bu şərh İngiltərədəki Kembric Universitetinin molekulyar biologiya mütəxəssislərinə aiddir.
Elm adamları Mançesterdəki yanıq bölməsində müalicə alan xəstələri araşdırdı.
Gündüz saatlarında yaralanan insanların, gecə yaralananlardan, 60% nisbətində daha sürətli yaxşılaşdığı müşahidə edildi.
Araşdırmaçılar fibroblast adı verilən hüceyrələrin, gündüz saatlarında daha təsirli olduğunu müəyyən etdi.
Bu hüceyrələr yaralanmadan dərhal sonra yara bölgəsinə gedərək yaxşılaşma müddətini başladır.
Araşdırma yaxşılaşma müddətini sürətləndirən təxminən 30 genin gündüz saatlarında daha aktiv olduğunu müəyyən etdi.




Ana səhifəyə qayıt        Baxış: 1 002          Tarix: 21-11-2017, 23:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma