Xəbər lenti

                                                        

Yeməkdən sonra insanlar adətən yuxululuq hiss edir. Lakin həkimlər yeməkdən dərhal sonra yatmağı tövsiyə etmir. Mütəxəssislərin fikirinə görə, bu orqanizmdə ciddi pozulmalara səbəb ola bilər.

Ovqat.com saglamheyat.com-a istinadən bildirir ki, yeməkdən sonra yatan insanlarda reflüks-ezofagit xəstəliyinin riski artır.

Mədə dolu olarsa, uzanaq vəziyyətdə yemək mədədən geriyə - qida borusuna düşə bilər. Mədədən fərqli olaraq qida borusunun divarları xüsusi selikli qişa ilə qorunmur. Turş kütlə qida borusunun divarlarını yandırır, iltihaba, eroziyaların yaranmasına səbəb olur. Bu hal daim təkrarlanırsa, qida borusu xərçənginin riski artır.

Mədədə olan kütlə tək qida borusuna deyil, qırtlağa, nəfəs yollarına da düşə bilər ki, bu da ilthaba, xroniki öskürəyə səbəb olur. Yeməkdən sonra yatan insanın qanında şəkərin səviyyəsi qalxır ki, bu da gələcəkdə 2-ci tip şəkərli diabetin riskini artırır. Şəkərli diabet xəstəliyi olan insanlar yeməkdən sonra yatmamalıdır.

Yuxu zamanı orqanizmdə gedən bütün proselər, o cümlədən, həzm prosesləri ləngiyir. Bu isə həzmin pozulmalarına, mübadilə proseslərinin ləngiməsinə, çəkinin artmasına səbəb olur.




Ana səhifəyə qayıt        Baxış: 613          Tarix: 10-12-2017, 22:13      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent