Xəbər lenti

Gəncə şəhər Səhiyyə İdarəsində “Azərbaycan Respublikasında uşaq ölümünün azaldılmasına yönəldilmiş Tədbirlər Planı”na həsr edilmiş müşavirə keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müşavirənin əsas məqsədi ölkədə uşaq ölümlərini azaldaraq birrəqəmli səviyyəyə çatdırmaq və bu göstəriciləri dünyanın ən inkişaf etmiş ölkələrinin sırasına çatdırmaqdan ibarət olub.

Tədbirdə bildirilib ki, keçən 25-30 il ərzində ölkədə körpə və uşaq ölüm göstəricisi üç dəfəyə qədər azalıb.

Müşavirədə 2017-ci il ərzində region üzrə baş vermiş uşaq ölümləri təhlili aparılıb.




Ana səhifəyə qayıt        Baxış: 720          Tarix: 15-01-2018, 12:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma