Xəbər lenti

"Qış mövsümü ilə əlaqədar Azərbaycanda uşaqlar arasında soyuqdəymə xəstəlikləri geniş yayılıb".

"Report" xəbər verir ki, bunu K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev deyib.

O bildirib ki, virusların törətdiyi yoluxmaların törədicilərini aşkar edəndə bunun bir-iki virusun hesabına olmadığı müşahidə edilir: "Çünki burada müxtəlif viruslar olur. Bunlar da nəticə etibarilə uşaqlar arasında yuxarı tənəffüs yollarının iltihabını törədir. Ümumilikdə, bu gün ölkədə virusun törətdiyi epidemiya yoxdur".

Baş pediatr qeyd edib ki, xəstəliklər arasında ilk sırada körpə doğulandan sonrakı müddətdə tənəffüs üzvlərinin xəstəliyi gəlir: "İkinci yerdə perinatal dövrdəki xəstəlik, sonrakı yerdə isə infeksion, anadangəlmə inkişaf qüsurları və digərləri gəlir".

Son illər əkiz, üçəm və çoxdöllü hamiləliyin sayında artım olduğunu deyən N.Quliyev vurğulayıb ki, bunun səbəbi süni mayalanma ilə əlaqədardır: "Ölkədə baş verən körpə ölümləri, əsasən, yenidoğulanlar arasında və perinatal dövrlərdə müşahidə olunur". 




Ana səhifəyə qayıt        Baxış: 706          Tarix: 15-01-2018, 17:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma