Xəbər lenti

 

Belə hesab olunur ki, yağlı məhsullar ürəyə ziyan vurur, damarların tıxanmasına, aterosklerozun inkişafına səbəb olur.

Lakin bunu  bütün yağlı məhsullara aid etmək olmaz. Əksinə bəzi çox yağlı məhsullar ürəyin fəaliyyətini yaxşılaşdırır, xolesterinin səviyyəsini aşağı salır, aterosklerozun riskini azaldır.

Ovqat.com xəbər verir ki, Saglamolun.az xarici KİV-lərə istinadla verilən məlumata görə, bu ilk növbədə yağlı pendir növlərinə aiddir.

Dublin Universiteti kollejinin (İrlandiya) alimləri elmi araşdırmanın nəticələrinə əsaslanaraq sübut edir ki, yağlı pendir ürək üçün ən faydalı məhsullardan biridir. Bunun səbəbi pendirin pendirin xüsusi struktiri və tərkibində olan kalsium və kazein zülalıdır.

Araşdırmanın iştirakçıları 6 ay ərzində hər gün 120 qr yağlı pendir istehlak edirdi. 6 aydan sonra aparılan müayinələr göstərib ki, onlarda xolesteinin səviyyəsi xeyli aşağı düşüb. Alimlərin fikrinə görə, bu infarkt və insultdan ölüm riskini 42% azaldır.




Ana səhifəyə qayıt        Baxış: 538          Tarix: 8-09-2018, 19:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma