Xəbər lenti

 

Dietoloqlar maraqlı araşdırma aparıblar.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, mütəxəssislər vaxtilə zərərli bilinən, lakin insan orqanizmi üçün heç də ziyanlı olmayan və hətta çox faydalı olan məhsulların adını açıqlayıblar.

Siyahıda birinci yumurta gəlir. Mütəxəssislər bildirir ki, insan hər gün yumurta yeməlidir. Yumurtanın tərkibində B12 vitamini və orqanizm üçün xeyirli mikroelementlər var.

Kərə yağı da mütləq yeyilməli qidalar siyahısındadır. Yağın və südün içində olan yağlar maddələr mübadiləsinə təsir edir.

“Ağ ölüm” adlandırılan duzu da qidalanmadan tam çıxartmaq olmaz. Bu orqanizmdə duz balansının pozulmasına və hətta ölüm riskinin artmasına səbəb ola bilər.

Çörəkdən də imtina etmək düzgün deyil. Çorək orqanizmi bir çox faydal vitamin (xüsusilə B qrupu) və minerallarla təmin edir. Lakin ağ undan deyil, tamdənli buğdadan olan çörəyə üstünlük verilməlidir.

Kartofdan da imtina etmək olmaz. Kartof orqanizmi karbohidratlarla təmin edir, ürək üçün faydalıdır.

Təbii ki, digər məhsullarda olduğu kimi, bu məhsulları da həddən artıq istehlak etmək olmaz.




Ana səhifəyə qayıt        Baxış: 568          Tarix: 19-09-2018, 19:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma