Xəbər lenti

 

Hər birini yediyimiz zaman həzm sistemimiz fərqli reaksiyalar verir.

Bəzən 4-5 saat boyunca qarnımızda bir ağırlıq hiss edərkən bəzən də yemək yedikdən yarım saat sonra belə yenidən acmış kimi hiss edirik. Məhz bu məqamda yediyimiz yeməklərin özəllikləri və mədəmiz tərəfindən qəbul edilib-edilməmələri kimi məqamlar suala çevrilir. Bəzi qidaların həzm müddəti çox uzun saatlar aldığı halda, bəzilərinki göz açıb qapayıncaya qədər keçib gedir.

Yavaş və sürətli həzm olunan qidaları bu yazıda sıralanıb. Sizə də onları ölçülü bir şəkildə yemək qalıb.

Zəruri qeyd: Aşağıdakı məlumatlar təbii ki, orta hesabla göstəriciləri özündə əks etdirir və sağlam həzm sisteminə sahib insanlar üzərindən nümunələşdirilib. Əgər həzm sisteminizdə hər hansı bir problem varsa, burada yazılan müddət sizin üçün keçərli olmaya bilər. Belə bir durumda həkiminizdən sizə özəl məlumatları əldə edə bilərsiniz.

Bir-bir qidaların həzm olunma müddətlərini öyrənmədən öncə bu məlumatın sizə nə kimi faydası dəyəcəyindən də bəhs edək. Əgər sürətli həzm olunan qidalara yeməklərinizdə daha çox yer versəniz, bu, çox tez-tez acmanıza səbəb olacaq. Bədəninizin sürətlə enerji ilə dolmasını təmin edən bu qidalar uzun müddət üçün hesablanarsa, orqanizmi gücsüz qoya bilər, toxluq hissi yaratmadığı üçün daha çox yemək yeməyə yönləndirə bilər.

Yavaş həzm olunan yeməklər isə qan şəkərinizin yavaş-yavaş qalxmasına səbəb olur və bir anda bədəni enerji ilə təmin etməz. Bu səbəbdən də bu iki cür qida arasında balansı qorumaq lazımdır. Amma bir məqama diqqət edin: bir çox sağlam qidalanma mütəxəssisinə görə, yavaş həzm olunan qidaların dərhal ardınca sürətlə həzm olunan qidaları qəbul edib, mədəyə ekstra bir yük yükləmək doğru deyil.

Keçək qidalara, mayelərə və onların həzm olunma müddətinə:

- Su: Birbaşa bağırsaqlara keçir

- Meyvə və ya tərəvəz suları: 15-20 dəqiqə

- Çiy tərəvəzlər: 30-40 dəqiqə

- Bişmiş tərəvəzlər: 40 dəqiqə

- Balıq: 45 dəqiqə-1 saat

- Yağ əlavə edilmiş salat: 1 saat

- Nişastalı tərəvəzlər: 1,5-2 saat

- Toyuq: 1,5-2 saat

- Süd və süd məhsulları: 2 saat

- Düyü, bulqur, qarabaşaq kimi dənlilər: 2 saat

- Qoz, badam, fındıq kimi çərəzlər: 3 saat

- Dana əti: 3 saat

- Quzu əti: 4 saat. \\Gencaile.az




Ana səhifəyə qayıt        Baxış: 472          Tarix: 29-10-2018, 19:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma