Xəbər lenti

 

Orqanizmdə yaranan ən kiçik problem hər hansı bir əlamətlə öz sahibinə xəbərdarlıq edir.

Təəssüf ki, bir çox insanlar bu əlamətlərə məhəl qoymur. Bu səbəbdən sağlamlıqda yaranan bu kiçik problemlər aradan qaldırılmamaqla ciddi xəstəliklərə gətirib çıxarır.

Orqanizminizdə baş verən əlamətlərin hansı xəstəliyə işarə etdiyi haqda məlumat veririk:

1. Dodaqlarda tez-tez çatlar əmələ gəlirsə, diqqətin tez-tez yayınması müşahidə edilirsə, saç tökülməsi artırsa bu orqanizmdə B2 vitamininin kəskin çatışmazlığına ciddi siqnaldır. Bunu aradan qaldırmaq və pozulmuş vitamin tarazlığını bərpa etmək üçün qida rasionuna süd məhsulları, yumurta, şaftalı, armud, pomidor və gül kələmi daxil edilməlidir.

2. Ağızda quruluq olarsa, bu, o deməkdir ki, orqanizminizdə B3 vitamini çatmır. Orqanizmi bu vitaminlə təmin etmək üçün mal əti, qoz yeyin.

3. Burundan tez-tez qan açılırsa, ilk növbədə qan təzyiqi yoxlanılmalıdır. Əgər təzyiq normaldırsa, demək orqanizmin K vitamininə ehtiyacı var. Bu vitamini təmin etmək üçün kələm, ispanaq və gicitkandan istifadə edə bilərsiniz.

4. Bədəndə olan adi bir yaranın sağalması uzun çəkirsə, demək orqanizmdə sink çatışmazlığı var. Bu problemi dəniz məhsulları asanlıqla aradan qaldıra bilər.

5. Dəridə qabıq yaranırsa, A vitamini ilə zəngin məhsullar yeyin. \\axar.az




Ana səhifəyə qayıt        Baxış: 425          Tarix: 3-11-2018, 22:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma