Xəbər lenti

 

Mədəaltı vəz şiş xəstəliyi simptomsuz başlayan və sürətlə irəliləyən aqressiv formalı və xəstənin erkən ölümünə səbəb olan 10 xərçəng növündən biridir. 
Son zamanlar təəssüf ki, Azərbaycanda da çox insanda diaqnoz olunur.
Düzdür, 100.000 insanın 7-də rast gəlinir, amma bu rəqəm dəqiq deyil.  Bu o deməkdir ki, təkcə Bakı şəhərində ildə 40 -50 nəfər bu xəstəliyə tutula bilər.
Medicina.az mədəaltı vəz xərçənginin erkən əlamətləri və kimləri tuta biləcəyi barədə məlumatı təqdim edir.
Xəstəliyi yaradan faktorlar: içki, siqaret, zərərli qidalanma, çox yemək, yağlı, heyvan mənşəli qidalar, xroniki iltihabi xəstəliklər, diabet, mədəaltı vəzin pankreatiti və s-dir.
Təəssüf ki, hətta müasir diaqnostika metodları belə mədəaltı vəzidə dəyişiklikləri tam görə bilmir, kiçik bir mini şiş çətinliklə aşkarlanır. Xəstəlik uzun aylar simptomsuz gedir. 
Amma bəzi əlamətlər var ki, xəstə bunları gördükdə dərhal həkimə müraciət etməlidir.
Mədəaltı vəzdə şiş olmasını göstərən əsas simtpomlar:
-İştahın qəfil, səbəbsiz kəsilməsi və kəskin arıqlama
-Tez yorulma, səhərlər belə yerindən qalxmaq istəməmək
-Titrətmə və səbəbsiz qızdırma, sonra qızdırmanın itməsi
-Qarın boşluğu, mədəaltı və mədə üstündə uzun, küt ağrı, sancı, kürəyə yayılan ağrı
-Gecələr belə ağrı, qəfil ağrıdan yuxudan oyanma
-Ümumiyyətlə, ağrı insan uzanan yerdə artır
-Mexaniki sarılıq – dərinin, göz bəbəyinin saralması
-Sidiyin tünd pivə rəngi alması
-Nəcisin rəngsizləşməsi, ağarması
-Dəri səthində qaşınmalar, nəticədə xəstənin yata bilməməsi, əsəbi olması
-Mədəaltı vəzi həzm üçün lazımi fermentlər hasil etdiyindən, şiş zamanı bu fəaliyyətini icra edə bilmir, pozulur və ferment defisiti yaranır. Nəticədə xəstə tez-tez nəcisə gedir, qarnı çox köpür, yeməkdən sonra ağırlıq hiss edir, nəcis çox yağlı, yapışqanlı olur. 
 
 
Nə etməli:
İlk öncə terapevt və qastroenteroloqa müraciət olunur.
Qan analizi, qanda bilirubin, biokimyəvi analiz, sidik, nəcis analizi, bütün daxili orqanların UZİ-si, lazım gələrsə KT, orqanı görmək üçün fibroqastroduenoskopiya edilir. 
Xəstəliyin dərəcəsinə görə müalicə, kimya, radioterapiya və əməliyyat, orqanın xarici icra oluna bilər.
Yaşama şansı minimumdur.
 
 



Ana səhifəyə qayıt        Baxış: 355          Tarix: 17-08-2019, 15:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma