Xəbər lenti

  

Bakıda qeyri-adi cərrahiyyə əməliyyatı aparılıb. Səhiyyə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, 62 yaşlı qadın xəstə 3-4 gün epiqastrik bölgədə ağrı şikayəti ilə Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edib. Müayinələr zamanı xəstənin anamnezində Situs inverus anomaliyası-döş və qarın boşluğundakı daxili orqanların bədənin qarşı tərəfində olması halı müşahidə olunub. Yəni normalda sağda olmalı orqanlar solda, soldakılar sağda yerləşib.

Qaraciyər sol tərəfdə yerləşdiyi üçün öd kisəsinin iltihab prosesi klinik müayinə əlamətləri də sol tərəfdə olub. Əməliyyatı icra edən həkim əməliyyatın uğurla başa çatdığını deyib. Xəstə artıq evə yola salınıb

əməliyyat MNX-nin Cərrahiyyə və orqan transplantasiya şöbəsinin müdiri, uzman həkim Elmir Əsgərov tərəfindən icra olunub. E. Əsgərov sosial şəbəkədə situs inversus anomaliyası olan xəstədə kəskin xolesistit səbəbi ilə icra etdiyi laparoskopik xolesitektomiya əməliyyatının görüntülərini paylaşıb.

Həkim bildirib ki, situs inversus əsas daxili orqanların normal mövqelərindən tərsinə və ya əks olunduğu yer dəyişdiyi bir vəziyyətdir. Daxili orqanların normal təşkili situs solitus kimi tanınır, situs inversus isə ümumiyyətlə, situs solitusun güzgü təsviridir. Yəni ürəyin solda deyil, sağda yerləşməsi, qaraciyərin sağda deyil, solda yerləşməsi bu vəziyyətlərdən biridir.




Ana səhifəyə qayıt        Baxış: 100          Tarix: 18-08-2019, 22:51      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent