Xəbər lenti

 

Qəbizliyi olan insan hansı qidaların qəbizliyi yaratdığını, artırdığını və kəskinləşdirdiyini bilməlidir. 

Həmin qidaların siyahısını təqdim edirik.

Bunlar əsasən yüngül, asan karbohidratlardır – yarımfabrikatlar, hazır qidalar, konserv məhsullarıdır.

Çox miqdarda, yüksək zülal tərkibli qidalar da bağırsaqlarda çox qalır, uzun saata həzm olunur.

-Qoz, fındıq, badam, araxis

-Paxlalılar – noxud, lobya, soya

-Mərci, düyü, mannı

-Yumurta suda bişmiş

-qoyun, donuz, mal, keçi əti

-Bəzi balıq növləri

-Marqarin yağı

-Süd məhsulları – laktazo mənimsənilməsi pis olan insanlar südü menyudan çıxarmalıdır. Xüsusən uşaq və yeniyetmələrdə əgər uzun müddətli qəbizlik olursa, mütləq birinci südü və süd məhsullarını menyudan çıxarıb nəticəyə baxın. 

-Yaşıl rəngdə tərəvəzlər

-Yaşıl banan

-Nar, heyva, üzüm, bəzi kartof növləri

-Şirniyyat məhsulları, peçenyeler, SPORT peçenyesi

-Yumşaq sort makaron

-Kakao

-Tünd çay, qəhvə, qırmızı şərab

-Açıq odda bişirilmiş manqal, qril yeməkləri

Bəs hansı qidalar qaldı?

Əslində bu qidalardan da az -az həftədə 1 dəfə yeyə bilərsiniz.

Aşağıdakı fotoda qəbizliyə qarşı bağırsaq yumşaldıcı qidalar və qarışımlar təqdim olunub.\\Medicina.az 




Ana səhifəyə qayıt        Baxış: 365          Tarix: 21-08-2019, 23:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma