Xəbər lenti

 

Bəzi qida məhsulları yüksək təzyiqi salmağa yardım edir. Bu məhsullar arasında çuğundur, soğan və sarımsaq, qoz, lobya, noxud, sarıkök və bəzi digərləri.

Xarici KİV bildirir ki, Amerika Kardioloqlar Assosiasiyası son araşdırmada növbəti belə məhsulu aşkar edib. Bu məhsulun danınlaz xüsusiyyəti onun ucuz və əlçatan olmasıdır. Söhbət balqabaq tumlarından gedir.

Mütəxəssislər qeyd edir ki, hər gün 1 ovuc balqabaq tumlarını yeyən insanın təzyiqi 20% qədər azalır.

Alimlərin fikrinə görə, balqabaq tumlarının bu faydalı xüsusiyyəti tərkibində olan kalium və maqneziumla izah olunur. Bu 2 maddə damarları möhkəmləndirir, ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır.

Həmçinin yağlı turşularla zəngin olan qalqabaq tumları damarlarda iltihabın qarşısını alır. İltihablaşmış damarda xolesterin yığılır ki, bunun nəticəsində damarlar daralır və zəifləyir. Bu isə öz növbəsində təzyqin artmasına səbəb olur.

Mütəxəssislər tumları təmizlənmiş deyil, qabıqlı şəkildə almağı tövsiyə edirlər. \\Saglamolun.az 




Ana səhifəyə qayıt        Baxış: 429          Tarix: 9-09-2019, 22:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma