Xəbər lenti

 

Sosial şəbəkələrdə Balakən rayonunun Yeni Şərif və Qaysa kəndlərində naməlum xəstəliklərin aşkarlanmasına dair məlumat yayılıb. Yayılan məlumatlar insanlar arasında geniş müzakirələrə səbəb olub. 
Səhiyyə Nazirliyi Balakəndə yayıldığı iddia edilən naməlum xəstəliklə bağlı açıqlama yayıb.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, Yeni Şərif və Qaysa kəndlərində karantin elan edilməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Balakən Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Dilbər Quliyevanın Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinə verdiyi məlumata görə, adıçəkilən kəndlərin tibb məntəqələrinə hər hansı bir xəstəliklə bağlı müraciət edən olmayıb.
Həmin kəndlərə yaxın ərazidə yerləşən Qabaqçöl qəsəbə xəstəxanasına da adıçəkilən kənd sakinlərindən hər hansı bir müraciət qeydə alınmayıb.



Ana səhifəyə qayıt        Baxış: 423          Tarix: 17-09-2019, 12:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma