Xəbər lenti

 

Böyrəklərinizi müxtəlif xəstəliklərdən qorumaq istəyirsinizsə, o zaman bu meyvə-tərəvəz və qidaları qəbul etməniz tövsiyə olunur. Aşağıda adı çəkiləcək məhsullar böyrək xəstəliklərinin, problemlərinin qarşısının alınmasında müstəsna rola malikdir.
Böyrəklərin sağlamlığının qorunmasında almanın xüsusi yeri var. Bol-bol alma yeməklə böyrək xəstəliklərindən xilas ola bilərsiniz. Alma yemək eyni zamanda sidik  probleminin, mədə problemlərinə çox faydası olan meyvədir.
Yol kənarlarında və çəməliklərdə rahatlıqla tapa biləcəyini ayrık otu da böyrək xəstəliklərində istifadə olunan ən yaxşı bitkilərdən biridir. Belə ki ayrık otu bədəndəki pis və zəhərli qanı təmizləmək qabiliyyətinə malikdir.
Əgər böyrəklərinizdəki daşlardan xilas olmaq istəyirsinizsə, o zaman çoxlu  balqabaq yeyin.
İstər vücudunuzun, istər böyrəyinizin enerjisini qorumaq və digər xəstəliklərdən uzaq olmaq istəyirsinizə mütəmadi olaraq cəfəri yeyin. Bədəninizdə dəmir çatışmazlığı aradan qaldırmaq istəyirsinizsə, o zaman gavalı yeyin. Gavalı A-B-C vitaminləri ilə zəngindir. Gavalı böyrəklə yanaşı, ürək və xalosterol xəstəlikləri zamanı istifadə oluna biləcək yaxı bir meyvədir.
Somon balığı da böyrək xəstəliklərinin sağalmasında xüsusi yeri olan qidalardan biridir. 
Düyü digər xəstəliklərdə olduğu kimi böyrək xəstəliklərinin sağalmasında yaxşı qida hesab olunur. Düyü itirilən kalorinin bərpa olunmasına kömək edir.
Adaçayı həzm sistemi problemlərini aradan qaldırdığı kimi böyrək xəstəliklərinə də öz müsbət təsirini göstərir. Həftədə bir neçə dəfə adaçayından istifadə etmək həzmə və köplüyü aradan qaldırır. Tərkibində A, B, C vitaminləri ilə bol olduğundan böyrək xəstəliklərinin aradan qalxmasında da istifadə olunması məsləhət bilinir. O böyrəkdəki narahatlıqları aradan qaldırır.
Suyun çoxsaylı xəstəliklərin sağalmasında xüsusi yeri olduğu kimi, böyrək xəstəliklərinin, narahatlıqlarının həllində də xüsusi yeri olan var. Su böyrəklərdəki toksinlərin təmizlənməsində müstəsna rol oynayır.
Qatıq böyrəklərdəki narahatlıqların aradan qalxmasında yeri olan qidalardan biri hesab olunur. 
Tərəvəzlər A vitamini mıənbəyi olduğundan, daha çox qəbul edilməsi məsləhət bilinir.
Qarpız təbii olaraq böyrəkdəki qumların və duzun təmizlənməsində xalq təbabətində daha çox istifadə olunan qidadır. 
Itburnu da bir çox xəstəliklərdə olduğu kimi böyrək xəstəliklərin də istifadə olunur. İtburnu orqanizmdəki xəstəliklərlə mübarizədə xüsusi yeri olan məhsuldur.
 Soyanın tərkibində fosfor bol olduğundan  böyrəklərin daha çox yorulmasın deyə qəbulu faydalı hesab olunur. Daimi fəaliyyət göstərən böyrəklər müxtəlif səbəblərdən xəsarət alır və yorulur.  Böyrəyin bərpasında isə soyanın faydası daha çoxdur. Qabaq çəyirdəyi də dəmir və digər minerallarla, omega 3-lə zəngin olduğundan böyrək xəstəliklkəri üçün faydalı hesab olunur. \\Ölkə.Az




Ana səhifəyə qayıt        Baxış: 344          Tarix: 26-09-2019, 20:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma