Xəbər lenti

 

Hər il yüz minlərlə insan xəstəlik və ya qəza səbəbindən qan tapa bilmədikləri üçün həyatını itirir. Mütəxəssislər hər zaman mövzu ilə əlaqədar çox sayda insanı məlumatlandırmağa çalışırlar. Qan vermək, xəstə və çətin vəziyyətlərdə olan insanlara kömək etməklə yanaşı, bədənə də faydalıdır.
Bəs qan verməyin nə kimi faydaları var? Qanvermə insan orqanizmi üçün çox vacib və faydalıdır. Gündəlik həyata heç bir zərər vermədən qan bağışlanması infarkt keçirmə ehtimalını 90 faiz azaldır. Baş ağrıları, stres və yüksək təzyiq üçün yaxşı bilinən qan hədiyyəsi, bu xəstəliklərin balanslaşdırılmasında mühüm rol oynayır. Qan verdiyiniz zaman bədəninizdəki qan hüceyrələri yenilənir, bu da sizi daha sağlam və güclü edir. 
Medicina.az xəbər verir ki, qan vermənin aşağıdakı faydaları vardır:
-Baş ağrısı üçün yaxşıdır 
-Stress kimi xəstəliklərin həlli 
-Yüksək qan təzyiqi üçün yaxşıdır
-Qanda yüksək yağ tərkibini azaldır 
-Sümük iliyi yağının qarşısını alır
-Qan vermək bədəni mütəmadi olaraq təravətləndirir
-Qan verildikdə, qan istehsal edən orqanlar stimullaşdırılır 
 
 
Kimlər qan verə bilər? 
18 — 65 yaşları arasında olan hər sağlam insan qan verə bilər. Kişilərdə ən tez 2 ayda bir, qadınlarda isə ən tez 3 ayda bir olmaqla ildə 4 dəfədən çox olmamaq şərtilə qan verə bilərlər. Çəkisi 50 kiloqramdan çox olan hər kəs qan verə bilər. Hüceyrələrin yenilənməsi isə 2 aya qədər vaxt alır. 
 
Kimlər qan verə bilməz?
-Hepatit B — heç bir zaman qan verə bilməzlər. Hepatit C — heç bir zaman qan verə bilməzlər. AIDS — heç bir zaman qan verə bilməzlər. 
-Malyariya — müalicə olunandan 3 il sonra qan verə bilərlər. 
-Vərəm — müalicə olunandan 5 il sonra qan verə bilərlər. 
-Hamilələr qan verə bilməzlər. 
-Doğum və ya hamiləliyin sona çatdırılmasından 6 həftə sonra qan verə bilərlər. 
-Qanama meyli olanlar ömür boyu qan verə bilməzlər.
- Bronxit-xroniki xəstələr qan verə bilməz. Epilepsiya xəstələri qan verə bilməzlər. 
-Böyük əməliyyatlardan sonra 6 ay boyunca qan hədiyyəsi edilməz. 
-Diabet qanda şəkərin miqdarı normal olan halda qan verə bilər. 
-Anemiya diaqnozu qoyulmuş insanlar donor ola bilməz. 
-Astma xəstələri qan verə bilməzlər. Allergiyası olanlar isə sadəcə allergiyalı olduqları zamanda qan verə bilməzlər. 
-Cərrahi əməliyyat olunmuş insanlar 6 aydan sonra qan verə bilərlər
 
 



Ana səhifəyə qayıt        Baxış: 411          Tarix: 16-10-2019, 16:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma