Xəbər lenti

 

Havaların cəmi bir həftədir soyumasına baxmayaq, artıq bəzi evlərdə istilik sobaları qurulub.  

Evi isitmək üçün işə salınan bu sobalar isə hər il onlarla ailənin ocağını söndürür.  

Ayaqucunda, səssiz-səmirsiz gələn ölümün qurbanları arasında hər yaş qrupundan insan var.  

Toksikoloq Azər Maqsudov deyir ki, son iki gündə dəm qazı zəhərlənməsi diaqnozu ilə təcili tibbi yardıma 8 nəfər müraciət edib. Bu ilin 10 ayı ərzində isə 119 belə müraciət daxil olub. 

Deməli, evlərimizi dolaşan bu kabusa  hər zaman hazır olmalıyıq. Zəhərlənən şəxsə ilkin tibbi yardım göstərməyi bacarmalıyıq.  

Bəs dəm qazı zəhərlənmələri zamanı ilk yardım olaraq nələr etmək lazımdır? 

Zəhərlənmələrin 90%-i vanna və yataq otaqlarında baş verir. İnsanlar yatarkən qazı açıq qoyur, gecə qazın kəsilməsindən xəbərsiz olurlar. Külək əsərkən bayıra çıxmalı olan tüstü otağa ötürülür, nəticədə zəhərlənmələr baş verir.  

Hər yoldan keçənə də qaz ustası deyib sobaların quraşdırılmasını həvalə etmək olmaz. Bu sizi ölümə bir az daha yaxın edir.  Həmçinin “Azəriqaz” əməkdaşlarının xəbəri olmadan qaz cihazlarının yerini dəyişdirmək, qaz cihazı quraşdırmaq da qadağandır. \\oxu.az

 




Ana səhifəyə qayıt        Baxış: 375          Tarix: 5-11-2019, 20:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma