Xəbər lenti

 

Bəzən yanlış olaraq düşünürlər ki, xərçəng xəstəliyi xəbər vermədən, qəfildən gəlir.
Lakin mütəxəssislər bildirir ki, xərçəng ən azı 4-5 il öncədən bəzi siqnalları verir. Bunlara vaxtında önəm verməmək qiymətli zamanı əldən verir. Əgər şiş xəstəlikləri birinci mərhələdə aşkar olunarsa, sağalmaq və uzun yaşamaq mümkündür.

Xərçəngin 5 il öncədən gələcəyini təxmin edən həmin simptomları təqdim edir. Düzdür, bu əlamətlərin olması 100% onkologiyaya işarə deyil, amma yenə də ehtiyatlı olub, müayinələrdən keçmək lazımdır.

1.Bədəndəki xallarda dəyişiklik

İstənilən xalın, xüsusilə tünd rəngli qabarıq xalların rəngi, ölçüsü, formasının dəyişməsi bədxassəli prosesdən xəbər verə bilər. Dəri xərçəngi melanoma çox aqressivdir.
Əgər xalın özü toxunduqda ağrıyırsa, ətrafı qızarırsa, şişkindirsə, onkoloq dermatoloqa müraciət edin.

2. İştahsızlıq, dadın hiss olunmaması

Qida qəbulu ilə bağlı istənilən dəyişiklik sizi narahat etməlidir. İştahın kəskin artması və ya azalması normal deyil. Arıqlamağınız, yemək istəməməyiniz sizi sevindirir ki, bədəniniz formaya düşür. Amma bu ciddi xəstəliyin və artıq pozulmaların siqnalı ola bilər.

Həddən artıq çox yemək də bir çox şiş xəstəliklərinin ilkin əlamətidir.

3.Gecəyarı oyanmalar

Qəribə olsa da gecəyarı qəfil oyanıb, bir neçə müddət yuxuya gedə bilməmək də qaraciyər, öd və bağırsaq şişlərinin 5 il öncədən siqnalı ola bilər. Əgər siz hər gün və ya tez-tez gecəyarı saat 2-3 arası, eyni vaxtda oyanırsızsa, kompleks müayinələr üçün əsas verir.

4.Daimi yorğunluq, halsızlıq

Xoşagəlməz hallardan biridir. İnsana elə gəlir ki, yorğunluq altında əzilir, heç bir yeniliyə, iş görməyə əlləri qalxmır. Əslində bunlar tənbəlliklə əlaqəli olmaya bilər. Orqanizmdə ciddi problemlər var və bu yorğunluğun öz-özünə keçəcəyini gözləməyin. Heç olmasa bir terapevtə görünüb, sadə analizləri verin.\\Medicina.az




Ana səhifəyə qayıt        Baxış: 433          Tarix: 16-11-2019, 22:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma