Xəbər lenti

                         

Türkiyənin əl-qolu açılıb və faktiki olaraq onun 2016-cı ilə qədər həll etməyə çətinlik çəkdiyi təhlükəsizlik məsələlərinin həllində öz rolunu daha da aktivləşdirib.

Bunu “Tert.am” saytına açıqlamasında erməni politoloq Armen Petrosyan söyləyib. Onun sözlərinə görə, Türkiyənin təsiri regionda daha da artacaq:

“Yaxın Şərq ölkələri bunu daha yaxşı anlayırlar. Türkiyənin hazırkı ambisiyaları, eləcə də türk hakimiyyətinin qeyri-müəyyənliyini nəzərə alsaq, bu vəziyyət Suriya konfliktinin digər iştirakçıları üçün ciddi problemlər yaradacaq. Bu ssenarilər həm İran, həm də Rusiyada nəzərdən keçirilir. Afrin əməliyyatları çərçivəsində Türkiyə üçün Suriyada müəyyən qırmızı xətt müəyyənləşəcək. Afrindəki hadisələr Türkiyənin digər regional problemlərə təsirini artıracaq. Bu isə onu özünə daha əmin edəcək. Suriya və İraqda müşahidə etdiyimiz Türkiyənin təsirini paralel olaraq bu ölkələrdəki icmalarımızla bağlı da görəcəyik. Əgər biz öz regionumuza nəzər yetirsək, o zaman Türkiyənin uğurlarının qardaş Azərbaycan üçün ilham mənbəyi olduğunu görərik. Azərbaycan KİV-lərində belə fikir dolaşır ki, Azərbaycan Türkiyədən nümunə götürüb, Qarabağda analoji hərbi əməliyyatlara başlamalıdır. Bütün bunlar Türkiyənin uğurlarının birbaşa bizim regiona bu ölkənin nüfuzunun artması baxımından təsir göstərəcək. Bu isə gələcək üçün təhdiddir”.//Axar.az




Ana səhifəyə qayıt        Baxış: 670          Tarix: 30-01-2018, 11:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma