Xəbər lenti

 ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ) və Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik Bakıya gəliblər. "Report"un məlumatına görə, bu gün vasitəçilərin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü planlaşdırılır.

Xatırladaq ki, dünən həmsədrlər Ermənistan prezidenti Serj Sarqsyanla görüş keçiriblər. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsinin sülh yolu ilə nizamlanması üzrə prosesin irəliləyişi imkanları və Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkili məsələləri müzakirə edilib. Həmçinin Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət müzakirə olunub.

Regiona səfərin yekununda vasitəçilər birgə bəyənatı yayacaqlar. 




Ana səhifəyə qayıt        Baxış: 1 095          Tarix: 7-10-2017, 10:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma