Xəbər lenti

 Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəvəti ilə Türkiyənin Çukurova Bələdiyyələr Birliyinə üzv olan bələdiyyə rəhbərlərindən ibarət nümayəndə heyəti Azərbaycana işgüzar səfər edib.

Sputnik Azərbaycan TRT-yə istinadən xəbər verir ki, nümayəndə heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olub.

Türkiyə nümayəndə heyəti öncə Füzuli rayonunun Horadiz qəsəbəsində 2015-ci ilin aprel döyüşlərində şəhid olanların xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.

Daha sonra bələdiyyə sədrləri Cocuq Mərcanlı kənd orta məktəbində olub, məktəblilərlə görüşüblər. Məktəblilərə hədiyyələr təqdim olunub.

Səfər çərçivəsində keçirilən görüşdə Türkiyənin Adana vilayətinin Qara İsalı bələdiyyəsi ilə Cocuq Mərcanlı bələdiyyəsi arasında protokol imzalanıb.

Səfərin məqsədi yerli bələdiyyələr və özünüidarəetmə orqanları ilə ikitərəfli əməkdaşlıq əlaqələri yaratmaq, turizm, ətraf mühit, infrastruktur, mədəni və tarixi abidələrin mühafizəsi sahələrində təcrübə mübadiləsi təşkil etmək, Türkiyə ilə Azərbaycan arasındakı mövcud dostluq, qardaşlıq və həmrəylik əlaqələrini daha da möhkəmləndirməkdir.







Ana səhifəyə qayıt        Baxış: 663          Tarix: 7-11-2017, 09:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma